Pas

Pas ləkəsindən necə qurtulmaq olar

1904
(Yenilənib 22:08 12.10.2015)
Evinizdə tez-tez rastlaşdığınız narahat edici hallardan biri də əşyaların pas atmasıdır.

BAKI, 4 okt — Sputnik. Evinizdə tez-tez rastlaşdığınız narahat edici hallardan biri də əşyaların pas atmasıdır. Reklam olunan kimyəvi məhsullarla sürt ki, sürtəsən. Amma yenə heç bir nəticəsi yoxdur. «Bəs nə edək?», — deyə düşünməkdənsə, bu üsulu sınaqdan keçir.

Soğan və şəkər pudrasını yeməyin içində düşünmək çətin və ürək bulandırıcıdır. Ancaq indi deyəcəyimiz yemək resepti deyil, evdə yararlana biləcəyiniz təmizlik üsuludur.

Xüsusən çəngəl, qaşıq, bıçaqlarda yaranan pas ləkələri hər qadını boğaza yığıb. Bundan xilas olmaq üçün isə sizə həm şirin, həm acı bir üsul təqdim edirik.

Bir soğanı ikiyə bölün və üzərinə şəkər pudrası əlavə edin. Sonra bu şəkərli soğanla pas atmış əşyalarınızı sürtün. Ləkələrin getdiyini görəcəksiniz. Paslanmış bütün əşyalarınız üçün bu üsuldan yararlana bilərsiniz. 

1904