UFO

Səmada müəmmalı işıqlar peyda olub

385
Ufoloqlara görə, işıqlar mifoloji qara üçbucağı xatırladır.

BAKI, 22 sen — Sputnik. Kaliforniya ştatının San-Diyeqo şəhərində, səmada müəmmalı işıqlar peyda olub və hadisənin əks olunduğu video internetdə də yayımlanıb.

Sputnik Daily Mirror-a istinadən xəbər verir ki, həvəskar kamera tərəfindən çəkilən görüntüdə gecə yarısı göy üzündə üçbucaq formasında düzülmüş işıqlar aydın şəkildə görünür.

Ufoloqlara görə, işıqlar mifoloji qara üçbucağı xatırladır.

Bu cür obyektlər 1990-cı ildə Belçikada, 1993-cü ildə İngiltərədə, 1997-ci ildə isə Arizona səmalarında müşahidə olunub.

385