Канцлер ФРГ А.Меркель на встрече с бизнесменами в Екатеринбург

Almaniya qaçqınlar üçün ABŞ-dan yardım istədi

324
Angela Merkel: Birləşmiş Ştatlar daha ciddi addımlar atmalı, çoxlu sayda suriyalı, iraqlı mühaciri qəbul etməlidir. Və bunu təcili etməlidir.

BAKI, 22 sen — Sputnik. Almaniyanın Baş naziri Angela Merkel, qaçqın böhranının öhdəsindən gəlmək üçün ABŞ-dan yardım istəyib.

Paytaxt Berlində Federal Məclis Qrupunun konfransında çıxış edən Merkel, ABŞ-ın köməyi olmadan Avropanın, qaçqın böhranını həll edə bilməyəcəyini deyib.

"Avropa və Amerika Birləşmiş Ştatları miqrant problemini birlikdə həll edə bilərlər. Açığı mən inanmıram ki, Avropa qitəsi ABŞ-ın yardımı olmadan bu böhranın öhdəsindən gələ bilsin. Ona görə də, Birləşmiş Ştatlar daha ciddi addımlar atmalı, çoxlu sayda suriyalı, iraqlı mühaciri qəbul etməlidir. Və bunu təcili etməlidir" deyə Merkel bildirib.

Almaniya kansleri həmçinin Beynəlxalq birliyi, 2 milyondan çox qaçqına ev sahibliyi edən Türkiyə, İordaniya və Livana maddi dəstək olmağa da çağırıb.

ABŞ ilə müzakirə edilən Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP) mövzusunda il sonuna qədər ana xəttlərdə razılaşma təmin edilməsini istəyən Merkel, Almaniyanın xüsusilə ixracata asılı olduğu üçün TTIP'in işəgötürənlər və işçilər üçün əhəmiyyətli olduğunu ifadə etdi.

324
Teqlər:
Almaniya kansleri, Almaniyanın Baş naziri, Federal Məclis Qrupunun konfransı, Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı, TTIP, Angela Merkel, Merkel, ABŞ, Almaniya