Tərəvəz salatı

Yeyirsən, xeyrini görürsən arıqlayırsan

2729
(Yenilənib 18:58 19.09.2015)
Türkiyəli həkimlərdən mükəmməl mövsüm pəhrizi.

BAKI, 19 sent-Sputnik. Artıq çəki günümüzün əsas bəlalarından birinə çevrilib. Nə idman hərəkətləri, nə arıqlama salonları, nə massajlar, nə ac qalmalar, nə eşofmanlar, nə saunalar, bir sözlə, dənədiyimiz heç nə bu problemin qarşısını almağa kömək etmir. Ac qalmaq başqa xəstəliklərə yol açır. Az yeməklə qarın doymur. İdman etməyə hər deyəndə həvəs olmur. Massaja, saunaya vaxt və pul çatmır. Həkimə getmək də xeyli bahalı və əziyyətli işdir. Bəs necə etmək olar ki, heç bir əziyyət çəkmədən artıq çəki problemindən azad ola bilərik? Türk həkimlər bunun üçün bizə maraqlı bir menyu təqdim ediblər. Qida maddələrinin tərkibinin öyrənilməsindən sonra ortaya çıxarılmış bu menyu Montignac tərzində olan pəhrizlərdən biri üçün hazırlanıb. Buradakı qidalar həm dadlı, həm faydalı, həm də arıqlamağa yardım edəndir. Sputnik bu mövsümdə arıqlamaq istəyənlərə bu mövsüm menyusunu təqdim edir.

Hədəf: İki həftədə 6 kilo çəki itirmək.
Gündəlik kalori: 1300 Kkal.

1. Səhər yeməyi: 1 stəkan su, közlənmiş bibər, 1 ədəd xiyar və 1 dilim qızarmış çörək.
Nahar: 1 pay balıq, 1 pay yağsız tərəvəz salatı.
Şam: 1 pay salat, təndirdə bişmiş və ya pörtlənmiş yağsız tərəvəzlər (göbələk, badımcan, qabaq (boranı), təzə lobya, pomidor, bibər və soğan)

2. Səhər yeməyi: 1 stəkan su, iki kibrit qutusu qədər ağ pendir, 2 ədəd pomidor.
Nahar: 1 balaca boşqab qarpız.
Şam: Bol miqdarda tərəvəz salatı və 1 dilim yağsız kəpəkli çörək.
Gecə: 1 kasa doğrama (ayran, göyərti, sarımsaq, xiyar, su və duzdan ibarət içki).

3. Səhər yeməyi: 1 stəkan su, 2 ədəd qaynadılmış yumurta.
Nahar: 1 pay salat, bişmiş göbələk, 1 dilim ağ çörək.
Şam: 1 balaca boşqab qarpız, 1 dilim yağsız kəpəkli çörək.
Gecə: 1 kasa doğrama.

4. Səhər yeməyi: 1 stəkan cökə çayı, 2 kibrit qutusu boyda ağ pendir, 2 ədəd bolqar bibəri.
Nahar: Yağsız bişmiş yumurta və sarımsaqlı qatıq (suyu tavada qaynadırsız, içinə 2 yumurtanın sarısını dağıtmamaq şərtilə qırırsız. 10 dəqiqə bu vəziyyətdə bişirirsiz. Sonra onları sudan çıxarırsız, üzərinə 200 qram yağsız sarımsaqlı qatıq tökürsüz).
Şam: 1 pay salat, 1 dilim ağ çörək.
Gecə: 1 balaca boşqab qarpız.

5. Səhər yeməyi: 1 balaca boşqab qarpız, 1 dilim ağ çörək.
Nahar: 1 pay salat, pendirli omlet. (Pendir 25 gram, 1 yumurta)
Şam: 1 pay salat, 1 dilim ağ çörək, 1 boşqab qaynadılmış və zeytun yağı əlavə edilmiş lobya.
Gecə: 1 kasa doğrama.

Bu menyunu iki həftə təkrarlamaq olar.

 

2729
Teqlər:
eshofman, massaj, sauna, idman, arıqlamaq, pəhriz, dieta, Türkiyə
QİÇSdən qan analizi

Cəmiyyətin üz döndərdiyi insanlar: bu gün onlar yad edilirlər

4
(Yenilənib 16:22 16.05.2021)
QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 1119 nəfərdir

BAKI, 16 may — Sputnik. Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadıqlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin mayın 1-dək olan rəqəmlərə görə, hazırda 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-i (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə, öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanlarının 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar onların COVID-19 barədə biliklərinin artırılması məqsədilə xüsusi broşur nəşr olunub.

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanların xatirəsi anılır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən "Karantin rejimi" ilə əlaqədar maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-in rəsmi internet səhifəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.

Bu xatirə günündə QİÇS-dən dünyasını dəyişənləri bir daha yada salır və hamını sağlam həyat naminə İİV-infeksiyası/QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırırıq.

Eləcə də oxuyun: 

Narkotik istifadəçilərinə Səhiyyə Nazirliyindən məsləhətlər

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

Kişinin ölümcül xəstəliyi 25 il ondan gizlədilib

 

4
Teqlər:
anım, xəstəlik, QİÇS
Bülbülün doğulub boya-başa çatdığı Şuşadakı evi

Polad Bülbüloğlu Şuşada ata evinin bərpası haqqında danışıb - VİDEO

4
O bildirib ki, həmin ev ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərib. Burada Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Amma işğalçılar buranı tam talan edib və hər şeyi dağıdıb.

BAKI, 16 may — Sputnik. Polad Bülbüloğlu illər sonra Bülbülün doğulduğu evi ziyarət edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Xalq artisti, opera ifaçısı Yusif Eyvazov özünün media hesabında həmin anı paylaşıb. Bülbülün doğulub boya-başa çatdığı Şuşadakı evindən sadəcə iki divar salamat qalıb.

Şuşaya "Xarı bülbül" festivalı çərçivəsində səfər edən Polad Bülbüloğlu bir neçə sənət adamlarına Bülbülün evi barədə məlumat verib.

O bildirib ki, həmin ev ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərib. Burada Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Amma işğalçılar buranı tam talan edib və hər şeyi dağıdıb.

Eləcə də oxuyun: 

Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

Şuşa məscidi və Xudafərin körpüsü Goranboya "gətirildi"

 

4
Teqlər:
video, Bülbül, ev, Şuşa, Polad Bülbüloğlu