Aleksandr Lukaşenko - Belarus prezidenti

"Avropanın sonuncu diktatoru"na qarşı sanksiyalar dayandırıla bilər

45
(Yenilənib 21:02 17.09.2015)
Avropa İttifaqı Belarusa qarşı bəzi sanksiyaları və Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını aradan qaldırmağı planlaşdırır.

BAKI, 17 sent-Sputnik. Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya tətbiq olunan sanksiyaları dayandıra bilər.

Sputnik xəbər verir ki, Avropa İttifaqı ötən ay siyasi məhbusların azadlığa buraxılması ilə əlaqədar Belarusa qarşı tətbiq edilən bəzi sanksiyaları, o cümlədən Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını dayandıra bilər.

Aİ-dəki diplomatik mənbə insan haqlarının pozulması ilə əlaqədar 200 şəxsə münasibətdə tətbiq olunan viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvinin də nəzərdə tutulduğunu deyib: "Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə şamil edilə bilər".

Avropa İttifaqı ölkələri Belarusu Avropadakı yeganə qeyri-demokratik ada, Aleksandr Lukaşenkonu isə Avropanın sonuncu diktatoru adlandırır. 

 

45