Реджеп Тайип Эрдоган

Ərdoğan: Bəzi qərb dövlətləri PKK-nı qismən olsa dəstəkləyiblər

8
Türkiyə prezidenti: Dünyanın güclü dövlətlərinin çoxu terrorla mübarizədə səmimi deyil.

BAKI, 17 sen – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin dövlət kanalı olan Trt-yə özəl müsahibə verib. 

Ərdoğan, İsrailin müsəlmanların ilk qibləsi olan Əl Əqsa məscidinə yönəlik addımlarının, Yaxın şərqə ciddi zərbə vuracağını deyib.

“Biz istəyirik ki, bu məsələ dərhal həll olunsun. Təl Əviv rəhbərliyi çox ciddi səhvlər edir. Sanki İslam dünyasını təhrik etmək, Yaxın Şərqdə yeni qarşıdurma yaratmağa çalışırlar” deyə o bildirib.

Ərdoğan həll prosesindən də (çözüm süreci) söhbət açaraq Türkiyədə sülhün bərqərar olması üçün PKK-nın birdəfəlik silah buraxmasını və ölkəni tərk etməsinin vacib olduğunu qeyd edib.

“Bizim istədiyimiz müsbət addımların atıldığını görsək, həll prosesi (çözüm süreci) qaldığı yerdən davam edə bilər”, deyə prezident əlavə edib. 

Türkiyə dövlət başçısı terrorizmlə mübarizədə Qərbin ölkəsinə qarşı heç vaxt səmimi olmadığını da deyib: “Dünyanın güclü dövlətlərinin çoxu terrorla mübarizədə səmimi deyil. Əsasən də qərb dünyası Türkiyəyə qarşı heç vaxt səmimi olmayıb, hər zaman bizdən uzaq olublar və təəssüf ki, terroru qismən də olsa dəstəkləyiblər”.

8