Ситуация в Ливии

Liviyada sülh üçün fürsət yarandı

16
BMT nümayəndəsi Bernardino Leon: Bu fürsət əldən qaçmamalıdır.

BAKI, 17 sen – Sputnik. BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Bernardino Leon ölkədə qurulucaq yeni hökümətin namizədlərinin müəyyənləşməsi üçün sentyabrın 20-nə qədər vaxt verib.

Mərakeşdə davam edən danışıqlar barədə mətbuata açıqlama verən Bernardino Leon BMT-nin dialoq prosesini sürətləndirmək istədiyini deyib.

Hökümət qurulmasının Liviyadakı prosesin ən mühüm hissəsi olduğunu deyən Leon “bu fürsət əldən əldən qaçmamalıdır” deyib.

Liviyada münaqişələrə və siyasi böhrana son qoyacaq həll prosesində Tripoli və Tobruk rəhbərliklərinin iştirakı ilə yaranacaq yeni hökumətin qurulması nəzərdə tutulub.

16