Yerə yıxdıqları Suriyalı ata İspaniyada futbol məşqçiliyi edəcək

Yerə yıxdıqları suriyalı ata İspaniyada futbol məşqçiliyi edəcək

650
(Yenilənib 12:36 17.09.2015)
Ata və uşağın yerə yıxılma görüntülərini izləyəndə təsirləndiklərini deyən "Hetafe" futbol məktəbinin rəhbərliyi, onları İspaniyaya gətirməyə qərar verdiklərini bildirib.

BAKI, 17 sen —Sputnik. Macarıstan sərhəddinə keçmək istəyərkən qadın jurnalistin badalaq vurması ilə yerə yıxılan Suriyalı ata və oğul xüsusi reyslə İspaniyanın paytaxtı Madridə gətirilib.

Ata və uşağın yerə yıxılma görüntülərini izləyəndə təsirləndiklərini deyən "Hetafe" futbol məktəbinin rəhbərliyi, onları İspaniyaya gətirməyə qərar verdiklərini bildirib.

Vaxtilə Suriyanın El Fotuwa SC futbol komandasında məşqçilik edən, lakin müharibə səbəbilə ölkəsini tərk edən Osama Abdul Mohsen-in bundan sonra Hetafe klubu üçün çalışacağı qeyd olunub.

Suriyalı qaçqınların Madridə gətirilməsi üçün klub rəhbərliyi ərəb dilində danışa bilən bir nəfəri Almaniyaya, Münhenə göndərib. Və onlar gecə 00:10 radələrində xüsusi reyslə Madridə gətiriliblər.

Abdul Mohsen və azyaşlı oğlunu Madrid hava limanında Hetafe klub rəhbəri Miqel Anqel, Hetafe Bələdiyyə başçısı Sara Hernandez və bəzi qeyri-hökumət təşkilatı nümayəndələri qarşılayıblar.

Hava limanında mətbuata qısa açıqlama verən suriyalı ata Abdul Mohsen bunları deyib:

"Madridi, İspaniyanı, hər kəsi sevirəm. Hər kəsə çox təşəkkür edirəm. Burda olmaq mənim həyatım üçün çox çox önəmlidir. Təşəkkürlər İspaniya. Bura gələ biləcəyimiz heç ağlıma da gəlməzdi. Bu olduqca xoş bir sürpriz oldu"

Abdul Mohsen indi tək istəyinin, həyat yoldaşı və digər iki övladını da İspaniyaya gətirmək olduğunu deyib.

"Yoldaşıma ehtiyacım var. İndi tək arzum Türkiyədəki ailəmi bura gətirməkdir"

650
Teqlər:
Madrid hava limanı, Suriyalı ata və oğul, Suriyalı ata, Suriyanın El Fotuwa SC futbol komandası, Hetafe futbol məktəbi, Hetafe futbol klubu, Hetafe klub rəhbəri Miqel Anqel, Osama Abdul Mohsen, Madrid, İspaniya