Vitamin C

Vitamin çatışmazlığı bu xəstəliklərə səbəb olur

1493
Bədənimizdə müəyyən vitaminlər və minerallar çatışmadıqda bir çox problemlə üzləşə bilərik.

BAKI, 16 sen — Sputnik. Hər gün eyni qidanı qəbul etmək düzgün qidalanmadığımız anlamına gəlir. Bu isə zamanla xəstələnməyimizə səbəb olur.

Xəstəlik kimi qəbul etdiyimiz bu siqnallar, əslində, orqanizmin qida çatışmazlığı ilə üzləşdiyini göstərir.

Bədənimizdə müəyyən vitaminlər və minerallar çatışmadıqda bir çox problemlə üzləşə bilərik.

1. Bel ağrısı

Ehtimal olunan səbəb: D vitamini çatışmazlığı. Yaşlı və qaradərili insanlarda tez-tez müşahidə olunur. Tərkibində bol miqdarda D vitamini olan qızıl balıq, yumurta sarısı, süd və göbələk yeməyiniz məsləhətdir.

2. Diş ətinin qanaması

Ehtimal olunan səbəb: C vitamini çatışmazlığı. Həddən artıq stress keçirənlərdə daha çox baş verir. Bunun üçün qırmızı bibər, sitrus meyvələri, brokkoli, pomidor və kivi yeməyiniz məsləhətdir.

3. Zob xəstəliyi

Ehtimal olunan səbəb: Yod çatışmamazlığı ilə əlaqəlidir. Hamilə qadınlar və duzdan imtina etmək məcburiyyətində qalan yüksək təzyiqdən əziyyət çəkən xəstələrdə tez-tez müşahidə olunur. Buna görə su yosunu, süd məhsulları, yumurta, duzlu su balığı qəbul etməyiniz tövsiyyə olunur.

4. Sinə ağrısı və sümük əriməsi

Ehtimal olunan səbəb: K2 vitamini çatışmazlığı. Pendir, qızardılmış ciyər yeməyiniz məsləhətdir

5. Bədənin keyiməsi

1493
Teqlər:
vitamin çatışmamazlığı, D vitamini, K2 vitamini, vitamin haqqında, C vitamini, B vitamini, A vitamini, vitamin, bədənin keyiməsi, sümük əriməsi, sinə ağrısı, zob xəstəliyi, diş ətinin qanaması, bel ağrısı
Bankada dollarlar, arxiv şəkli

"Dollar çökəcək" - amerikalı iqtisadçı

5
(Yenilənib 22:51 26.01.2021)
Amerikalı iqtisadçı Stiven Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq və ilin sonunadək 35% düşəcək

BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib. 

"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb. 

Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq. 

Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".

Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.

5
Teqlər:
proqnoz, iqtisadçı, ABŞ, çökmə, dollar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Türkiyənin məşhur aktyoru Ərdoğanı sərt tənqid edib - VİDEO

11
(Yenilənib 22:35 26.01.2021)
Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib və ondan heç vaxt mükafat almayacağını deyib

BAKI, 26 yanvar — Sputnik. Türk kinosunun tanınmış komediya aktyoru İlyas Salman ötən gün qatıldığı televiziya proqramında gündəmi alt-üst edən çıxış edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman: "Rəcəb Tayyib Ərdoğan mənə mükafat verəcəyini desə və mükafatla bərabər böyük miqdarda pul da verəcəyini bilsəm, onun əlindən mükafat almağa getmərəm", - deyib.

​Yeşilçam filmlərinin tanınmış aktyoru axirət inancı olmadığını söyləyib: "Ölümdən qorxmuram. Çünki axirətə, cənnət və cəhənnəmə inanmıram. Əgər cənnət və cəhənnəm varsa, mən cəhənnəmi seçirəm. Çünki orada cəhənnəm zəbanilərinin qaynadığı qazanların istisində oturmaq niyyətindəyəm".

Məlumat üçün bildirək ki, aktyor ötən əsrin 70-80-ci illərində Türkiyədə çəkilmiş filmlərin əksəriyyətində rol alıb. "Çöpçüler kralı", "Banker Bilo", "Şaşkın Ördek", "Deliye Her gün Bayram", "Ben Milyoner Değilim", "İbişo", "Aptal Aşık" və s. filmlərdə çəkilən aktyorun əsas tərəf-müqabili Kamal Sunal olub.

11