İranın xarici işlər naziri Cavad Zərif

İran nüvə probleminin həllinə görə Türkiyəyə təşəkkür etdi

319
(Yenilənib 10:38 14.09.2015)
Məhəmməd Cavad Zərif: Müharibə lobbisi və İsrail, çaxnaşma olması və qan tökülməsi üçün çox çalışdılar ancaq istəklərinə çata bilmədilər.

BAKI, 14 sen — Sputnik. "Qərblə İran arasındaki nüvə probleminin həllində oynadıqları müsbət rola görə Türkiyə və Braziliya hökumətlərinə minnətdarıq". Bunu İranın xarici işlər naziri Cavad Zərif Braziliyalı həmkarı Mauro Viera ilə Tehranda keçirdiyi görüşündə deyib. Zərif, nüvə böhranının daha da böyüməməsini bu iki dövlətin ədalətli mövqeyi və aktiv fəaliyyətləri ilə izah edib.

"Müharibə lobbisi və İsrail, çaxnaşma olması və qan tökülməsi üçün çox çalışdılar ancaq istəklərinə çata bilmədilər"

17 may 2010-cu ildə Türkiyənin o vaxtki baş naziri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və dövrün Braziliya prezidenti Luiz Da Silva-nın iştirakı ilə imzalanan və uranın mübadiləsini nəzərdə tutan razılaşma beynəlxalq arenada olduqca yüksək qiymətləndirilmişdi.

O zamanki İran prezidenti Mahmud Əhmədinejad, razılıq əldə olunandan sonra verdiyi açıqlamasında, Türkiyə və Braziliyanın rolunu həlledici olaraq qiymətləndirmişdi.

319
Teqlər:
Luiz Da Silva, Mahmud Əhmədinejad, Mauro Viera, Cavad Zərif, Rəcəb Tayyib Ərdoğan, İran, Türkiyə

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3