Мигранты в Средиземном море

2 min 800 miqrant qaçaq yolla Avropaya gedərkən dənizdə boğulub

42
Bu vaxtadək 366 min 402 nəfər isə Avropaya qaçaq yollarla girməyi bacarıb.

BAKI, 7 sent-Sputnik. Bu il 2 min 800 miqrant Avropaya qaçaq yollarla getmək istəyərkən Aralıq dənizində boğularaq ölüb.

Sputnik-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu vaxtadək 366 min 402 nəfər isə Avropaya qaçaq yollarla girməyi bacarıb. Avropada dəniz yolu ilə ən çox miqrantın getdiyi ölkə Yunanıstandır. Yunanıstana bu il 244 min 855 qaçqın gedib. Aralıq dənizini keçərək İtaliyaya 119 min 500, İspaniyaya 1953, Maltaya isə 94 miqrant keçib. Avropaya gedənlərin 75 faizi kişi, 13 faizi uşaq və 12 faizi isə qadınlardır.

Bu il Aralıq dənizini keçməyi bacarıb Avropa ölkələrinə gedənlərin yarıdan çoxu Suriyalıdır.

 

42
Teqlər:
Suriya, Aralıq dənizi, miqrant, Avropa, miqrant, Aralıq dənizi