BAKI, 7 sent-Sputnik. Bakıda yeniyetmə qız uşaq doğub.
Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Suraxanı rayon Polis İdarəsi açıqlayıb.
Məlumata görə, 2 saylı Doğum Evindən 32-ci Polis Bölməsinə Bakı şəhər sakini, 15 yaşlı Həbibə Qasımovanın uşaq dünyaya gətirməsi barədə məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.
Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına əsasən, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.