UFO

Tailand səmasında naməlum obyekt görünüb

22
(Yenilənib 11:37 07.09.2015)
Naməlum obyekt yox olmamışdan qabaq səmada alışıb.

BAKI, 7 sent-Sputnik. Tailandın paytaxt sakinləri qeyri-adi hadisəni müşahidə ediblər. Böyük naməlum obyekt arxasından ağ tüstü buraxaraq səmada uçub. Yox olmamışdan öncə naməlum obyekt alışıb, ancaq partlayış səsi eşidilməyib.
Spunik Trend-ə istinadən xəbər verir ki, Tailand sakinləri meteoritin düşməsinə şahid olduqlarını güman edirlər. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Banqkokdan 200 kilometr uzaqlıqda yerləşən qonşu Kançanaburi vilayətinin sakinləri də göy cismini görüblər və partlayış səsi eşidiblər.

 

22