AMEA \ Национальная Академия Наук Азербайджана

Ağamusa Axundov dünyasını dəyişib

112
Tanınmış alim sabah Milli Elmlər Akademiyasında keçiriləcək vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

BAKI, 6 sent-Sputnik. Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Ağamusa Axundov dünyasını dəyişib.

Sputnik xəbər verir ki, bu barədə APA-ya onun ailəsindən məlumat verilib.

Ailəsinin bildirdiyinə görə, Ağamusa Axundov ötən gecə ürək tutmasından vəfat edib.
Tanınmış alim sabah saat 13.00-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Axundov 1932-ci il fevralın 2-də Kürdəmirdə anadan olub.
O, 1967-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin ümumi dilçilik kafedrasının professoru, Filologiya fakültəsinin dekanı olub. 1981-1999-ci illərdə Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib. Ondan sonra isə AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

Bir çox elmi və bədii şuraların üzvü olub, çoxsaylı beynəlxalq elmi konfranslarda iştirak edib, dünyanın tanınmış universitetlərində mühazirələr oxuyub, ədəbi fəaliyyətlə məşğul olub.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, əməkdar elm xadimi kimi elmi və fəxri titulları daşıyıb.

 

112
Teqlər:
II Fəxri Xiyaban, Kürdəmir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Rəyasət Heyətinin müşaviri, Azərbaycan Milli Elmlər Akademiyası, ölüm, Azərbaycan Milli Elmlər Akademiyası, Ağamusa Axundov, Azərbaycan
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

364
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

364
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9