Встреча премьер-министров России и Израиля

100 min britaniyalı İsrail baş nazirinin həbsini istəyir

128
(Yenilənib 13:03 06.09.2015)
Binyamin Netanyahunun yol verdiyi hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya 100 min britaniyalı tərəfindən imzalanıb.

BAKI, 6 sent — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahunun bu ay Londona səfəri gözlənilir. Onu səfərdə sürprizlər gözləyir. Çünki onun yol verdiyi hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya 100 min britaniyalı tərəfindən imzalanıb.
Sputnik xəbər verir ki, petisiya avqustun 7-də Briyaniya parlamentinin saytında dərc edilib. 65 yaşlı Binyamin Netanyahunun 2014-cü ildə iki mindən çox fələstinlinin ölümündə təqsirli olduğunu iddia edən petisiyanın müəllifi Demian Moran onun həbs edilməsini tələb edir.
Qaydaya əsasən 100 min imza toplayan petisiya parlamentdə müzakirəyə çıxarılır. On min səsin toplanacağı təqdirdə isə Britaniya hökuməti tərəfindən ona rəsmi cavab verilməlidir.

128
Teqlər:
Fələstin, petisiya, İsrail, Binyamin Netanyahu, Böyük Britaniya, Binyamin Netanyahu, İsrail, Böyük Britaniya
Nəzrin Məmmədova, arxiv şəkli

YARAT-dan olan dicey qız: Azərbaycanda zövqlər bir qədər pisdir

5
(Yenilənib 00:15 01.06.2020)
Musiqi – azərbaycanlı diceyin maraqlarının yalnız bir hissəsidir, o etiraf edir ki, asan yolları sevmir və eksperimentlərə üstünlük verir.

BAKI, 1 iyun — Sputnik, Kəmalə Əliyeva. Karantinə qədərki Bakıda Böyük Britaniyanın elektron musiqi şousu “Selector Live: Women. Sounds. Waves” böyük uğurla keçib. Bu şouda azərbaycanlı və xarici qadın diceylər (DJ) eyni səhnəni bölüşüblər. İştirakçılar arasında Azərbaycanın tanınmış diceyi Inherroom (Nəzrin Məmmədova) da var idi. O, Sputnik Azərbaycan-a müsahibəsində qızlar arasında diceylik peşəsinə olan tələbatdan danışıb. 

- Nəzrin, indi Azərbaycanda dicey işləyən qızlar çoxdurmu?

- Mən diceyliklə dörd il bundan əvvəl məşğul olmağa başladım. Onda bizim sayımız cəmi üç idi, amma indi dicey qızların sayı artıb. Mən bu sahədə işləmək istəyən qadınları həmişə dəstəkləməyə, onlara məsləhətlər verməyə, kömək etməyə hazıram.

- Siz necə dicey oldunuz?

-  Biz elə bir dövrdə yaşayırıq ki, orada hər şeyi internet vasitəsilə öyrənmək olar. İngilis dilini mükəmməl bilirəm, buna görə də mənə lazım olan məlumatları tapmaq daha asandır. Mənim hələ uşaqlıqdan musiqiyə böyük həvəsim var, amma musiqi təhsilim yoxdur, hər hansı musiqi alətində də ifa etmirəm. Mən yalnız musiqi dinləməyi sevirəm. Çoxlu dicey dostum var. Məhz onlardan birinin məsləhəti ilə mən də bu peşəyə müraciət etmək qərarına gəldim. Hesab edirəm ki, indi həyatda nəyisə əldə etmək, yaxud sevimli işlə məşğul olmaq üçün təhsil lazım deyil. Əsasən də, bizim dövrümüzdə hər şeyə unikal yanaşma daha yaxşı qarşılanır.

- Xaricdə tez-tez çıxış edirsiniz?

- Əsasən qeyri-festival formatında olan tədbirlərdə iştirak edirəm. Gürcüstanda, Moskvada çıxış etmişəm. Musiqidən başqa, vizual incəsənətlə də məşğul oluram. Bir çox ölkələrdə sərgilərim keçirilib. Mən interdisiplinar rəssamam, ona görə də həm rəssamlıqla, həm heykəltaraşlıqla, həm qrafika ilə, həm videoinstalyasiya ilə, həm də performansla maraqlanıram. Musiqi isə mənim maraqlarımın bir hissəsinə çevrilib.

- İndi diceylər arasında kişilərə daha çox tələbat var, ya qadınlara?

- Bunun heç bir fərqi yoxdur. Hesab edirəm ki, biz tam bərabərhüquqlu cəmiyyətdə yaşayırıq. Hər şey təşkilatçılardan asılıdır. Çıxışım zamanı çalışıram ki, Azərbaycana gəlib çatmamış musiqiləri səsləndirim. Mən Britaniya səsləndirməsini çox sevirəm. Mən nə isə yeni bir şey gətirmək istəyirəm, lakin tez-tez başqa bir şey qoymağı xahiş edirlər. Azərbaycanda zövqlər bir qədər pisdir, amma zaman keçdikcə bu, dəyişəcək.

- Mən yox, amma elə diceylər - Azərbaycan musiqisindən öz şəbəkələrinizdə istifadə edirsiniz?var, Azərbaycan musiqisinə müraciət edirlər. Mənim gördüyüm işdə xalq musiqisindən istifadə etmək, fikrimcə, diqqət cəlb etməyin çox asan yoludur. Mən asan yolları sevmirəm, əsasən ən eksperimental və mürəkkəb olanları seçirəm.

- Hansı planlarınız var?

- Əvvəllər gələcəyimi xaricdə görürdüm, amma indi qərarımı dəyişmişəm. Mən artıq on ildir burada incəsənətlə məşğul oluram, ona görə də köçmək istəmirəm, həm orada, həm də burada işləmək istəyirəm. Hətta başqa bir ölkədə olsam da, yenə Azərbaycan rəssamı, artisti olacağam.

Təəssüf ki, bir çox uşaqlar diceylikdə özlərini sınamaqdan qorxurlar. Hesab edirlər ki, bu peşənin gələcəyi yoxdur. Rəssam olmaq istədiyimi deyəndə çoxları məni fikrimdən daşındırmaq istəyirdi. Məni inandırmağa çalışırdılar ki, bu sənətdə gəlir yoxdur. Fəaliyyətimdən beş il sonra YARAT Müasir İncəsənət Mərkəzi açıldı, məni oraya dəvət etdilər və bütün arzularım reallığa çevrildi. İndi gənclərin daha geniş imkanları var.

5
Əlaqədar
Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür
Üzünü əli ilə tutan kişi, arxiv şəkli

Stressin yarandığı bölgə müəyyən edildi

1
(Yenilənib 00:04 01.06.2020)
Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

BAKI, 1 iyun — Sputnik. Yel Universitetinin alimləri beyində stress mərkəzini və onun fəaliyyətini müəyyən ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma ilə müəyyən edilib ki, daha yüksək səviyyəli stress hipotalamusda, daha az hissə isə frontal beyin qabığında yığılır.

Araşdırmaçılar 60 sağlam insanda stressin müxtəlif formalarını yaratmaq üçün onlara müxtəlif xoşagəlməz görüntülər (hirs, iyrənclik, qorxu və kədər kimi) və sakitləşmələri üçün növbəli şəkildə uyğun obrazlar göstəriblər.

Təcrübədə iştirak edən şəxslər funksional maqnetik rezonans görüntüləmə cihazı ilə müşahidə ediliblər və beyin fəaliyyətləri ölçülüb. Görüntülərdən sonra yaşadıqları stress və həyəcan dərəcəsi qiymətləndirilib.

Tədqiqatçıların fikrincə, eksperiment zamanı böyük fəaliyyətə malik olan beyin hissəsində daha çox stressin yığıldığı müəyyən edilib.

Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

"Bu şəbəkələrin fərqli rol oynamalarına baxmayaraq, bizim əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, insanlar stressi azaltmaq üçün adaptiv yolla həm müsbət, həm də mənfi şəbəkələrdən istifadə edirlər", - deyə araşdırmada deyilir.

Hippokampusun stressi necə tənzimlədiyini öyrənmək üçün çox şey lazım olmasına baxmayaraq, tədqiqatçılar əmindirlər ki, funksional sinir şəbəkələrinin kəşfi stress müalicə etmə metodlarının inkişafına kömək edə bilər.

"Bu nəticələr hippokampus və frontal beyin qabığı arasındakı əlaqələrin gücünü artırmağa və ya fizioloji stress mərkəzlərinə siqnalın azaldılması kimi terapevtik müdaxiləni bir neçə məqsədə uyğunlaşdırmağa kömək edə bilər", – deyə baş tədqiqatçı Rajita Sinha bildirib.

1
Əlaqədar
Yarımbeyinli insanların sirri açıldı
Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər
Bu əlamətləriniz varsa xərçəng ola bilərsiniz
Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər
Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar