Toğrul Türkeş - MHP-nin liderlərindən biri

Toğrul Türkeşi MHP-dən qovdular

47
(Yenilənib 14:57 05.09.2015)
Türkeş MHP-nin qərarlarının ziddinə olaraq Türkiyə seçim hökumətində yer aldığı üçün bu cəzaya layiq görülüb.

BAKI, 5 sent-Sputnik. Toğrul Türkeş Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilib.

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, MHP-nin İntizam Komitəsi Toğrul Türkeşin partiyadan xaric olunması ilə bağlı qərar çıxarıb. Partiyada gizli səsvermə keçirilib və Türkeşin xaric olunmağına yekdilliklə qərar verilib.

Baş nazirin müavini Türkeş sentyabrın 4-də keçirdiyi mətbuat konfransında MHP İntizam Komitəsindən gələn tənqidlərə cavab verərkən qeyd edib ki, o, baş nazir müavini olmaqla MHP-ni iqtidar edib: “Mən partiyamı iqtidara gətirdim”.

Toğrul Türkeşin açıqlamasına cavabında MHP sədri Dövlət Bağçalı “Türkeşin kənarlaşdırılmasına görə partiya səs itirə bilmərmi” sualına bu şəkildə cavab verib: “Bir dağa bir sərçə qonsa, dağ nə qazanar, bir dağdan bir sərçə uçsa, dağ nə itirər? Heç kim özünü partiyanın qanunlarından, partiyaya könül verən insanlardan üstün saya bilməz”.

Ötən ay Türkeş seçim hökumətində yer alaraq, baş nazir Əhməd Davudoğlunun müavini təyin olunub.

Toğrul Türkeş həm də mərhum Baş buğ Alparslan Türkeşin oğludur. 

47