Ermənistan ordusunun hərbi qulluqçusu öldürülüb

2
(Yenilənib 17:58 03.09.2015)
Öldürülən hərbi qulluqçu 1975-ci il təvəllüdlü Ayk Devoyandır.

BAKI, 3 sent – Sputnik. Qoşunlarının təmas xəttində Ermənistan ordusunun hərbi qulluqçusu öldürülüb.

Sputnik APA-nın Ermənistan mediasına istinadən yaydığı xəbərə əsasən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan məlumat verib.

Öldürülən hərbi qulluqçu 1975-ci il təvəllüdlü Ayk Devoyandır. Hadisə cəbhənin Tavuş istiqamətində baş verib. Devonyan Ermənistan ordusunda müqavilə əsasında xidmət edirmiş.


2