Мигранты в Средиземном море

Yenə miqrantları daşıyan gəmi batdı: bu dəfə Malayziyada

24
(Yenilənib 18:18 03.09.2015)
Əlverişsiz hava şəraiti səbəbiylə batan gəmidə 70-ə yaxın qeyri-leqal mühacir olub.

BAKI, 3 sent – Sputnik. Malayziyada içində miqrantlar olan gəmi Malakka boğazı sahillərində batıb. İlkin mǝlumatlara görə ən az 14 nəfər həyatını itirib. 

Sputnik-in xəbərinə görə, əlverişsiz hava şəraiti səbəbiylə batan gəmidə 70-ə yaxın qeyri-leqal mühacir olub. Bölgədə axtarış xilasetmə işləri davam edir.

Altı gün əvvəl analoji hadisə Aralıq dənizində baş vermişdi. Liviyanın qərb sahilində yerləşən Zuvara şəhəri sahillərində iki miqrant gəmisinin batması səbəbindən yüzlərlə insan həyatını itirmişdi.

24