Нелегальные мигранты отправляются в Европу через Средиземное море.

Norveç hərbçiləri 800 qaçqını dənizdə batmaqdan xilas etdi

12
(Yenilənib 16:09 03.09.2015)
Xilas edilənlər arasında hamilə qadınlar və uşaqlar da olub.

BAKI, 3 sent – Sputnik. Norveç donanmasına aid hərbi gəmi, Aralıq dənizində batmaqdan xilas etdiyi 800-ə yaxın qaçqını İtaliyanın Pelarqoniya adasına aparıb. 

Xilas edilənlər arasında hamilə qadınlar və uşaqlar da olub. 

İspaniyanın Kanar adasının sahillərində isə 40 qaçaq mühacir xilas edilib. 

Dənizdə boğulanların cəsədlərini isə dalğalar Liviya sahillərinə gətirib. 

Təkcə son iki həftə ərzində Liviya sahillərində boğularaq ölənlərin sayı təxminən 160-a çatıb. 

Macarıstanın paytaxtı Budapeştdə isə qatar vağzalında gözləyən minlərlə mühacirə, Almaniya qatarından istifadə etməyə icazə verilmir. Bu səbəbdən immiqrantlarla polis arasında qarşıdurmalar baş verir.

12