мониторинг ОБСЕ

Anjey Kaspşik cəbhədə gərginliyin artmasından narahatdır

2
(Yenilənib 14:33 03.09.2015)
Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan sentyabrın 2-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

BAKI, 3 sent-Sputnik. Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan sentyabrın 2-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Sputnik APA-ya istinadən xəbər verir ki, görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyət müzakirə olunub. Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək “Şant-2015” təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib. 

Kaşpşik bu gün Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla da görüşüb. O, sentyabrın 4-də təmas xəttində monitorinq keçirəcək. 

2