Miqrantlar

İsveçrə öz qapılarını qaçqınlara bağladı

92
(Yenilənib 19:11 02.09.2015)
Hökumət Avropada sığınacaq axtaran immiqrantlara qapılarını açmaq əvəzinə mühacir böhranının yaşandığı ölkələrə pul yardımı etmək qərarına gəlib.

BAKI, 2 sent — Sputnik. Ölkələrindəki müharibələrdən qaçan və sığınacaq axtaran mühacirlər üçün İsveçrədən maraqlı bir təklif gəlib.

İsveçrə hökuməti və xalqı Avropada sığınacaq axtaran immiqrantlara qapılarını açmaq yerinə immiqrant böhranının yaşandığı ölkələrə pul yardımı etmək qərarına gəlib.

Bern Universitetinin keçirdiyi anket sorğusunda iştirak edən mindən çox adamın 83,1 faizi bu fikri müdafiə edib.

Sorğuda iştirak edənlərin 3-də 2-si qaçqınların ölkənin rifahına zərər verəcəyini düşündüyünü, təxminən yarısı isə sərhədlərin müvəqqəti olaraq bağlanılması fikrini söyləyib.

İsveçrə hökuməti də öz növbəsində immiqrant böhranından təsirlənən Balkan ölkələrinə kömək edəcəyini, ancaq bunun maddi dəstək şəklində olacağını bildirib.

92
Teqlər:
İsveçrə hökuməti, immiqrant, Avropada sığınacaq, Avropada qaçqın miqrantlar, Avropada qaçqın, Avropada qaçqın miqrant, Avropada miqrantlar, Avropada miqrant, Miqrantlar Avropada, miqrantlar, miqrant, mühacirlər, mühacir, Bern Universiteti, İsveçrə
Təcili yardım avtomobili

Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

20
(Yenilənib 10:41 16.06.2021)
Milli Məclisin (keçmiş Ali Sovet) sabiq istiqlalçı deputatı İbrahim İbrahimli xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

BAKI, 16 iyun — Sputnik. Milli Məclisin (keçmiş Ali Sovet) sabiq deputatı İbrahim İbrahimli dünyasını dəyişib. Bu barədə onun kürəkəni, tanınmış politoloq Toğrul İsmayıl öz Facebook səhifəsində məlumat verib. 

"Dəyərli dostlar. Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiqlalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir.
Allah rəhmət eləsin! Bütün sevənlərinin, dostlarının və qohumlarının başı sağ olsun", - Toğrul İbrahimli yazıb.

T.İsmayılın sözlərinə görə, İ.İbrahimlidə xərçəng xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, İbrahim İbrahimli 90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra Müsavat Partiyasına üzv olub. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olub. 5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa verib.

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilib 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilib.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

20

Azərbaycanda ixracatın dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? professor danışır

4
(Yenilənib 17:43 14.06.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər
Elşad Məmmədov: “Xüsusi kredit xətlərinin açılmasına ehtiyac var”

Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qeyr-xammal ixracının dəstəklənməsi və stimullaşdırılması üçün xüsusi kredit xətlərinin açılmasına ehtiyac var: “Bütövlükdə qeyri-xammal ixracının inkişafına dəstək ola biləcək mexanizmlərin işlənməsinə nail olmalıyıq. Ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər. Bundan başqa xarici bazarların öyrənilməsi məsələsinə də diqqət ayrılmalıdır. Post-sovet məkanında iqtisadi inteqrasiya proseslərinin dərinləşməsi ilə qeyri-xammal ixracatımızın xeyli dərəcədə artırılmasına nail ola bilərik”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4