İbrahim Tatlısəs

Səsinizin gözəl olması üçün bunu mütləq edin

615
(Yenilənib 11:30 02.09.2015)
Çiy yumurtanın səsi gözəlləşdirdiyi fikri kökündən yanlışdır.

BAKI, 2 sent — Sputnik. Səsin gözəl olması üçün ilk növbədə ağ ciyərlərin təmiz və sağlam olması vacibdir. Ona görə də siqaretdən mütləq uzaq durmaq lazımdır. Qazlı içkilər, o cümlədən şirinçay səsin gur və axıcı olmasını əngəlləyir.

Çiy yumurtanın səsi gözəlləşdirdiyi fikri də kökündən səhvdir.

Bəs, səsi məlhəmli və ürəyə yatan etmək üçün nə etməli?

Öz yanıqlı və təsirli səsləri ilə kütlələri özlərinə heyran edən müğənnilər səslərinin gözəl olmasını gündə azı bir dəfə acı qida qəbul etməyə borclu olduqlarını deyiblər.

Çox uzağa getmək lazım deyil. Türk müğənnisi İbrahim Tatlısəsin məlhəmli və yanıqlı səsi olduğu hamımıza bəllidir. Müğənnidən səsini necə qoruduğu soruşulduqda, o bunu hərgün acı bibər yeməklə etdiyini demişdi.

O cümlədən, digər xarici məşhurlar arasında da sorğu aparılmış, nəticədə bəlli olmuşdu ki, səsin gözəlliyi heç də çiy yumurta ilə qorunmur. Gündə azı 1 dəfə acı bibər yemək kifayətdir.

615
Teqlər:
səsin gur olması, səsin gözəl olması, səsin qorunması, bibər, səs, şirinçay, qazlı içkilər, qazlı içki