Titanik gəmisinin menyusu auksiona çıxarılıb

316
(Yenilənib 10:17 02.09.2015)
103 il əvvəl Atlantik okeanında batmış gəminin menyusunun satış dəyəri 50-70 min dollar olacaq.

BAKI, 2 sent-Sputnik. “Titanik” (Titanic) gəmisinin menyusu sentyabrın 30-da auksiona çıxarılacaq.

Sputnik xəbər verir ki, lotun dəyəri 50-70 min dollar olacaq. Satışla “Invaluable” auksion evi məşğul olacaq.

“Invaluable”ın saytında bu barədə qeyd edilib ki, söhbət gəminin sonuncu səhər yeməyi üçün tərtib edilən menyusundan gedir.

Tarixi sənəd birinci sinif sərnişini Avraam Linkoln Salomon tərəfindən xilas edilib. Menyunun əks tərəfində İsaak Cerald Frauntelin imzası var. Güman edilir ki, İ.C.Frauntel həmin gün A.L.Salomonla birlikdə səhər yeməyi sifariş edib.

Satışlarda həmçinin qəza nəticəsində həlak olan sərnişinin məktubu yer alıb.

Titanik "Uayt Star Layn" şirkətinə məxsus buxar gəmisi olub. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz-gəmidən biri idi. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi olub. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşandan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfərsə həlak olub.

316
Teqlər:
Leonardo Di Kaprio, Keyt Uinslet, Ceyms Kemeron, Hollivud, Atlantik, Uayt Star Layn, İ.C.Fraunte, Avraam Linkoln Salomon, auksion, Invaluable, Titanic, Titanik, Oskar, Invaluable, Böyük Britaniya

İlham ƏIiyev Şuşaya gedib

1
(Yenilənib 11:41 12.05.2021)
Prezident: "Şuşaya gedirik. Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında "Xarıbülbül" musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir".

BAKI, 12 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya gedir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında paylaşım edib. Prezident bildirib:

"Şuşaya gedirik. Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında "Xarıbülbül" musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir.

Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Burada təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq.

Eşq olsun, Azərbaycan xalqına, yaşasın Azərbaycan!"

1
Tokioda Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Azərbaycanlı hakim Tokio-2020-ni idarə edən hakimlər sırasına daxil edilib

3
(Yenilənib 11:09 12.05.2021)
Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

BAKI, 12 may - Sputnik. Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Azərbaycan Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

3
Teqlər:
Tokio-2020 Olimpiya Oyunlar