Həkim

Həkim yenə can aldı

78
(Yenilənib 16:59 01.09.2015)
1 saylı Kliniki Xəstəxanada qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaq və ana ölüb.

BAKI, 1 sent-Sputnik. Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib.

Sputnik APA-ya istinadən xəbər verir ki,  hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb.

Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. Bildirilib ki, ölüm faktı Nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır.

Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: “Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.

78