Ermənistan əsgəri

Ermənilər Tərtərdə toy çadırını atəşə tutublar

85
(Yenilənib 16:16 01.09.2015)
Toyda iştirak edən 63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar.

BAKI, 1 sent-Sputnik. Erməni silahlı bölmələri Azərbaycanın Tərtər rayonunda toy çadırını atəşə tutub, 3 mülki şəxs yaralanıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən 63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar. 

 Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, yaralılardan biri Tərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur.

85