Abbas Abbasov "Azərros"dan istefa verib

22
(Yenilənib 19:12 31.08.2015)
“Azərros” onun istefası qəbul edilib.

BAKI, 31 avq-Sputnik. Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “Azərros”dan istefa verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərros”dan məlumat verilib. Məlumata görə, bu gün "Azərros" Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. 

İclasda A. Abbasov təşkilatdan və Ağsaqqallar Şurasının üzvlüyündən istefa verdiyini açıqlayıb.

Onun istefası qəbul edilib.

Rusiyadakı azərbaycanlı oliqarxlar və iş adamları arasında böyük nüfuzu olan Abbas Abbasovun istefa səbəbləri açıqlanmayıb.

22
Teqlər:
Azərros, Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti, Azərbaycan baş nazirinin sabiq birinci müavini, Abbas Abbasov