Гора Мак-Кинли, Аляска

Barak Obama dağın adını dəyişəcək

243
(Yenilənib 11:56 31.08.2015)
ABŞ prezidenti Şimali Amerikanın ən hündür dağının adı ilə bağlı 40 illik müzakirələrə son qoymaq niyyətindədir.

BAKI, 31 avq-Sputnik. ABŞ prezidenti Barak Obama Şimali Amerikanın ən hündür dağının adını rəsmən dəyişəcək.

Sputnik xarici KİV-lərə istinadən xəbər verir ki, Alyaskada yerləşən Makkinli dağına tarixi Denali adı qaytarılacaq.

Bu dağın adı ilə bağlı müzakirələr 40 ildir davam edir.

Zirvənin adı 1896-cı ildə respublikaçı Uilyam Makkinli ölkə prezidenti seçildikdən sonra dəyişdirilib. 1975-ci ildə Alyaska ştatı kartoqrafiyasında dağın adını dəyişsə də, bugünədək federal hökumət bu qərarı qəbul etməkdən imtina edirdi.

B.Obamanın dağın adının dəyişdirilməsi ilə bağlı xəbəri Alyaskaya üç günlük səfəri zamanı elan edəcəyi gözlənilir.

243
Teqlər:
Denali dağı, Alyaskada yerləşən Makkinli dağı, Şimali Amerikanın ən hündür dağı, Uilyam Makkinli, Barak Obama, Alyaska ştatı, Makkinli dağı, ABŞ
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Bakıdan Şuşa səfəri ilə bağlı Yerevana sərt cavab Həddiniz deyil

1
(Yenilənib 11:27 16.06.2021)
Azərbaycanın xarici siyasət idarəsi Ermənistan XİN-ə qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etməməyi məsləhət görüb.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlamış sualı və XİN sözçüsünün cavabını təqdim edir:

- Ermənistan XİN-i Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu səfəri sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və "Türk-Azərbaycan təcavüzü" ifadəsini işlədib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.

- Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Həmçinin oxuyun:

Cənab Putin də bu cür fədakarlığa hazırdır - Ərdoğan

Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

1
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

72
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

72