погода

Payızın ilk ayının hava proqnozu açıqlanıb

302
(Yenilənib 11:49 31.08.2015)
Sentyabrda illik yağıntının miqdarı normadan artıq olacaq.

BAKI, 31 avq-Sputnik. Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 12-17, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 9-14, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 34-50 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 16-21, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 50-199 mm) olacağı gözlənilir.

302
Teqlər:
sentyabr 2015 hava, sentyabr hava, sentyabr hava haqqında, Bakıda hava, Azərbaycanda hava, hava proqnozu, hava şəraiti, havanın temperaturu, hava məlumatı, hava haqqında, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron yarımadası, Bakı, Azərbaycan
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

2
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

2
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

4
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

4