Уэс Крэйвен

Qorxu filmlərinin "atası" öldü

423
(Yenilənib 10:56 31.08.2015)
Ues Kreyven bazar günü Los-Ancelesdə 76 yaşında vəfat edib.

BAKI, 31 avq — Sputnik. Məşhur amerikalı, "qorxu filmlərinin atası" sayılan aktyor Ues Kreyven bazar günü Los-Ancelesdə 76 yaşında vəfat edib.

Sputnik Trend-ə istinadən xəbər verir ki, Kreyven, ağır beyin xərçəngindən əziyyət çəkirdi.

Kreyven dəhşət filmləri janrının klassiklərindən hesab olunurdu. 1972-ci ildə çəkdiyi “Soldan sonuncu ev” debüt filmi ona şöhrət gətirib. Rejissor dünya şöhrətini isə “Vyazov küçəsində dəhşət” (1984) filmindən sonra qazanıb. O, həmçinin son dövrlərdə çəkilən silsilə “Çığırtı” filmlərinin rejissorudur.

Kreyven öz karyerası ərzində təqribən 30 film ekranlaşdırıb.

423
Teqlər:
qorxu filmlərinin atası, Vyazov küçəsində dəhşət filmi, Çığırtı filmi, Soldan sonuncu ev filmi, Ues Kreyven
Aleksey Navalnı, arxiv şəkli

Navalnını vərəm xəstəxanasında təkadamlıq kameraya saldılar

2
Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı.

BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib". 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.

Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.

Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.

 

2
Teqlər:
kamera, vərəm, həbsxana, Rusiya, Aleksey Navalni
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskidən Putinə təklif: Donbasda görüşək

5
Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

BAKI, 20 aprel - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüşməyi təklif edir. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Cənab Putin, mən sizə Donbasın müharibə gedən istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Ukrayna lideri söyləyib.

Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

Donbasda münaqişə 7 ildir ki, davam edir. 

5
Teqlər:
Donbas, görüş, Vladimir Putin, Vladimir Zelenski