Honda

"Honda Motor" 19 min maşın motosikletini geri çağırıb

130
Yapon korporasiyası təhlükəsizlik yastıklarındakı problemə görə, 2006-2011-ci illər ərzində satılan 18,7 min CR-V krossoverini geri çağırıb.

BAKI, 30 avq-Sputnik. Yapon korporasiyası "Honda Motor" Cənubi Koreyada 2006-2011-ci illər ərzində satılan 18,7 min CR-V krossoverini geri çağırıb. Sputnik Yaponiyanın Nəqliyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, buna səbəb təhlükəsizlik yastıqlarındakı problem olub. Bildirilir ki, açılma zamanı mexanızmin gücü yüksək olduğundan, yastıqlar sürücüyə xəsarət yetirə bilər. Həmçinin korporasiya 2,4 min motosikleti geri çağırıb. Bunun səbəbi isə yandırma sistemində olan defekt olub.

130
Teqlər:
motosikl, crossover, CR-V, Honda Motor, Honda, Honda, Cənubi Koreya
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

3
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

3
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

5
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

5