Arnold Şvartsenegger

Hakerlər Arnold Şvartseneggeri "öldürdülər"

2106
(Yenilənib 10:50 30.08.2015)
68 yaşlı aktyor və siyasətçinin xilasetmə xidmətinə anonim zəngindən sonra evdə ölü tapıldığı barədə saxta xəbər yayılıb.

BAKI, 30 avq-Sputnik. Amerika kütləvi informasiya vasitələrində Arnold Şvartseneggerin (Arnold Schwarzenegger) ölümü ilə bağlı xəbər yayılıb. Sputnik xəbər verir ki, "International Business Times" nəşri hakerlərin MSNBC.com saytını dağıtdıqları və onun istifadəçilərini saxta bir sayta yönləndirdikləri barədə məlumat yayıb. Saxta xəbərdə qeyd olunur ki, 68 yaşlı Amerikalı aktyor və siyasətçi xilasetmə xidmətinə anonim zəngindən sonra evdə ölü tapılıb.

Burada həmçinin Şvartseneggerin ölümünü onun ailə üzvlərindən birinin təsdiq etdiyi qeyd olunub. Şvartseneggeri isə, onun "ölümü" barədə məlumat yayıldıqdan sonra italyan restoranında " Qarşısıalınmazlar" filminin rejissoru Robert Erl ilə bir yerdə görüblər. Aktyorun yaxın dostu Kalum fon Moger də ölüm barədə xəbəri təkzib edib.

2106
Teqlər:
haker, Kalum fon Moger, Robert Erl, MSNBC.com, International Business Times, Arnold Schwarzenegger, International Business Times, Arnold Schwarzenegger, ABŞ
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb

7
(Yenilənib 12:57 08.08.2020)
Mingəçevirin Turbaza adlanan hissəsində torpaq sürüşüb. Bu zaman xəsarət alan olmasa da, iki irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevirdə sürüşmə baş verib. İyul ayında dözülməz isti, avqustun ilk günlərində isə gözlənilməz leysan yağışı ərazidə sürüşməyə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, təbiət hadisəsi Mingəçevirin keçmiş turist bazası (Turbaza) adlanan hissəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib. Bu zaman xəsarət alan olmasa da, 2 irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb.

Ağdam rayonunun Salahlı kəndindən məcburi köçkün Fərail Məmmədov baş verən hadisə haqda Sputnik Azərbaycan-a danışıb.

  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
1 / 3
© Sputnik / Rahim Mammedov
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

“Yağış yağıb, sel olan kimi evlərin altı ovula-ovula gedir. Güclü yağış olan günü titrəyiş də oldu, bəlkə də zəlzələ idi. Ondan sonra evlərdə çatlar yarandı, təhlükəli hala düşdü. İri gövdəli ağaclar sürüşmə nəticəsində kökündən qopdu. Bir neçə evdə yaşamaq mümkün deyil, çox təhlükəlidir. Yenə sürüşmə olsa, axıb gedəcək dənizə (su anbarına - red.)", - F.Məmmədov bildirib.

Ağdam, Kəlbəcər rayonlarından məcburi köçkün olan sakinlər yaşadıqları məkanın ən çox uşaqlar üçün təhlükəli olduğunu deyirlər. Uçqun olan hissələrin günbəgün artması, irigövdəli ağacların aşması burada həyəcanı daha da artırır.

Ağdam rayonundan məcburi köçkün Vəli Zeynalov güclü yağışdan sonra evinin damından axan yağış sularının ziyanından danışıb: “Gecə səhərə qədər yatmadıq, paltar-palazımız suya qərq oldu. Qonşularımızda da eyni vəziyyət oldu. Hətta mənim qaynımın toyuq-cücəsi də yağışdan sonra yaranan uçqun zamanı tələf oldu".

Sakinlər bildirirlər ki, illərdir buradakı vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırsalar da, onlar burada yaşayanların köçürülməsi haqqında hələ də fikirləşirlər.

Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələri bu il quraqlıqdan əziyyət çəkir. Kür və Araz çaylarında suyun səviyyəsi həddən artıq enib, hətta Neftçalada dəniz suyu çay suyuna qarışıb. Bununla yanaşı, bir sıra bölgələrdə də leysan səbəbindən sel suları kənd təsərrüfatına xeyli ziyan vurub.

7
Əlaqədar
Adamları piyada qoyan təpə və iki ildir cavabı tapılmayan sual: yeni fəlakətimi gözləyək?
Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi
Gözümüzü göyə zilləyək? Plan olmasa, su içmək üçün yağışdan ötrü dua edəcəyik
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar

5
(Yenilənib 12:40 08.08.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb

BAKI, 8 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 19 379 517 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 721 375 nəfər vəfat edib, 11 740 071 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 941 min 796 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb