Vüqar Bayramov

Vüqar Bayramov "qara piar araşdırmaçıları"nı ifşa etdi

342
(Yenilənib 21:08 26.08.2015)
İqtisadçı alim: Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil.

Bakı, 26 avq-Sputnik. 2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində "Таинственная компания за короткий срок выиграла более 120 тендеров" ("Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib") sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası "the Organized Crime and Corruption Reporting Project (OCCRP)" veb-səhifəsində çap olunub. 

Növbəti gün, eyni məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb. 

Vüqar Bayramov bildirib ki, müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə, "Install Service LLC" şirkətinin fəaliyyəti ilə bağlı mənə istinadən bəzi "fikirlər" qeyd edilir. 

İqtisadçı alim bu məsələ ilə bağlı Sputnik-ə verdiyi açıqlamada deyib: "Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə "the Organized Crime and Corruption Reporting Project (OCCRP)" layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən, mənim adımdan şərh yayımlanıb. Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə "the Organized Crime and Corruption Report Project (OCCRP)" əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərini və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir." 

Vüqar Bayramov əlavə edib ki, jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu halı Etik Jurnalistika Prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirir. "Təəssüf ki, bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir. Bu, eyni zamanda onu təsdiq edir ki, belə “araşdırmalar”da bəzi belə “faktlar” beynəlxalq və yerli ictimaiyyətə qərəzli şəkildə təqdim olunur." — deyə V.Bayramov əlavə edib.


342
Teqlər:
Таинственная компания за короткий срок выиграла более 120 тендеров, tender, etik, jurnalistika, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), Install Service LLC, the Organized Crime and Corruption Reporting Project (OCCRP), Meydan TV, the Organized Crime and Corruption Reporting Project (OCCRP), iqtisadçı alim Vüqar Bayramov, Vüqar Bayramov, Azərbaycan