BAKI, 26 avq – Sputnik. "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru Məmmədov Əhməd Məmməd oğlu işdən çıxıb.
Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, Ə. Məmmədov bu gün öz xahişi ilə vəzifəsindən uzaqlaşıb.
Ə. Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.
BAKI, 8 mart - Sputnik. Qarabağdakı son döyüşlərdə itkin düşmüş və ölmüş erməni hərbçilərin cəsədlərinin axtarışları dayandırılıb.
Sputnik Ermənistan yazır ki, bunu Qarabağ separatçılarının "fövqəladə hallar üzrə dövlət xidməti" bildirib.
Qeyd olunur ki, işlər Qarabağın cənub istiqamətində, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında aparılacaqmış, ancaq orada güclü duman görmə məsafəsini xeyli qısaldıb. Bildirilir ki, hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək.
Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.
Qəhrəmanımız əlini-əlinin üstünə qoyub oturan xanımlardan deyil.
Gülnarə Ağazadə ixtisasca rus dili və ədəbiyyatı müəllimidir. Uzun illər məktəbdə işləsə də, ailə vəziyyəti ilə əlaqədar ixtisasından uzaqlaşmaq məcburiyyətində qalıb. Daha sonra isə məktəbə qayıtmayıb, başqa ixtisas üzrə çalışıb, ancaq ixtisara salındığına görə xeyli vaxt özünə iş axtarmalı olub.
Bununla belə, Gülnarə Ağazadə ruhdan düşməyərək pedaqoji sahəyə qayıdıb və repetitorluq etməyə başlayıb. Əlavə qazanc üçün əl işləri ilə məşğul olmağa başlayıb, hətta lazım gələndə şəxsi sürücülük də eləyib.
“Məncə, qadın boş oturmamalıdır, xüsusən də əgər o, anadırsa. Mənim böyümə çağında olan oğlum var, onun üçün çalışmalıyam”, – Ağazadə belə deyir.
Qəhrəmanımız öz təcrübəsi ilə bir daha təsdiqləyir ki, qadınlar heç də zəif cinsin nümayəndələri deyil və hər çətinliyin öhdəsindən gələ bilərlər.