сон

İki gün yuxusuz qalmaq ölümə səbəb olur

713
(Yenilənib 18:10 26.08.2015)
Professor Yəhya Çelik: İki və ya üç gün yatmasanız ciddi psixiatrik problemlərlə, ardından da ölümlə qarşılaşa bilərsiniz.

BAKI, 26 avq – Sputnik. Normal yuxu müddəti 6-8 saatdır. Bu müddətdən az yatan insanlarda diabetə, kökəlməyə və depressiyaya meyl artır.

Bunu Trakya Universiteti Tibb Fakültəsi Nevrologiya Şöbəsinin professoru Yəhya Çelik söyləyib.

Y.Çelik xəstəxanada təşkil etdiyi mətbuat konfransında yuxunun insan sağlamlığı nöqteyi-nəzərindən çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Yuxusuzluğun qarşısı alınmaz problemlərə səbəb ola biləcəyini ifadə edən professor, iki gün davamlı yuxusuz qalmağın ölümə səbəb olduğunu deyib.

“Yuxu əhəmiyyətli bir hadisədir. İki gün ard-arda yuxusuz qalmaq ölümə bərabərdir. İki və ya üç gün yatmasanız ciddi psixiatrik problemlərlə, ardından da ölümlə qarşılaşa bilərsiniz. Yuxunun müddəti hər zaman mübahisə mövzusu olub. Amma tam yuxu müddəti 6 – 8 saat arasındadır” — deyə professor əlavə edib.

Normal yuxu müddətindən az yatanlarda ciddi problemlərin baş qaldırmasının təbii olduğunu deyən Y. Çelik az yatmaq kimi çox yatmağın da faydası olmadığını və 10-12 saatdan artıq yuxunun insanı dincəltmədiyini qeyd edib.

Yuxunun müddəti qədər keyfiyyətinin də əhəmiyyətini vurğulayan professor keyfiyyətli yuxu üçün tətbiq olunmalı cəhətləri sadalayıb: “Yaxşı yatmanız üçün yuxu gigiyenasına əməl etmək vacibdir. Bunun üçün axşam saatlarından sonra çay, qəhvə, enerji gətirən mayelər içilməməlidir. Fiziki güc tələb edən işlər görülməməlidir. Yuxunuz gələn anda yatağa girməniz məsləhətdir. Yuxunuz gəlmədən yatağa girməyin.”

713
Teqlər:
Yuxusuzluğun qarşısını almaq, Yuxusuzluq, normal yuxu, normal yatmaq, yuxu, Trakya Universiteti Tibb Fakültəsi Nevrologiya Şöbəsi, Trakya Universiteti, professor Yəhya Çelik, Yəhya Çelik