Virus

Korona virusu ərəblərin axırına çıxa bilər

35
(Yenilənib 17:50 26.08.2015)
Bugünə qədər Səudiyyə Ərəbistanında korona virusuna yoluxanlardan 498-i dünyasını dəyişib.

BAKI, 26 avq – Sputnik. Səudiyyə Ərəbistanında təhlükəli korona virusu yayılmaqda davam edir. Ölkənin Səhiyyə Nazirliyinin son məlumatında bildirilib ki, virus səbəbiylə ölənlərin sayı 6-ya çatıb. Son 24 saat ərzində isə 8 nəfərdə virusun simptomları aşkarlanıb.

2012-ci ildən bugünədək korona virusuna yoluxanlardan 498-i dünyasını dəyişib. Ölkə daxilində virusa yoluxanların sayı 1162 nəfərə çatıb.

35
Teqlər:
Səudiyyə Ərəbistan korona virusu, korona virusu, Səudiyyə Ərəbistan