Əhməd Davudoğlu müxalifətdən kimlərə nazir postu təklif edib?

17
(Yenilənib 17:38 26.08.2015)
Türkiyədə müvəqqəti seçki hökumətinin tərkibini formalaşdırmaq üçün səlahiyyət almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlunun digər siyasi partiyalardan kimlərə nazir vəzifəsi təklif etdiyi bəlli olub.

BAKI, 26 avq — Sputnik. Türkiyədə müvəqqəti seçki hökumətinin tərkibini formalaşdırmaq üçün səlahiyyət almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlunun digər siyasi partiyalardan kimlərə nazir vəzifəsi təklif etdiyi bəlli olub.

Sputnik Türkiyənin  NTV telekanalına istinadən xəbər verir ki. Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkillərindən Dəniz Baykal, Ərdoğan Toprak, İlhan Kəsici, Gülsün Bilgəhan Toker (İsmət İnönünün nəvəsi) və Tekin Bingöl  Davudoğlundan nazir vəzifəsini tutmaq təklifi alıb. 

Milliyyətçi Hərəkat Partiyasından (MHP) Toğrul Türkeş, Meral Akşener və Kənan Tanrıkuluna nazir vəzifəsi təklif edilib.  

Xalqların Demokratiya Partiyasından (HDP) isə ictimaiyyətin o qədər də yaxşı tanımadığı Müslüm Doğan, Ləvənt Tüzəl və Əli Heydər Konca hökumətdə vəzifə tutmağa dəvət edilib.

CHP və MHP müvəqqəti hökumətdə təmsil olunmayacaqlarını bəyan ediblər. HDP isə hökumətdə təmsil olunacağını açıqlayıb.

17
Teqlər:
İsmət İnönünün nəvəsi, HDP, Xalqların Demokratiya Partiyası, MHP, Milliyyətçi Hərəkat Partiyası, CHP, Cümhuriyyət Xalq Partiyası, AKP, Türkiyə Ədalət və İnkişaf Partiyası, Ədalət və İnkişaf Partiyası, Əli Heydər Konca, Ləvənt Tüzəl, Müslüm Doğan, Kənan Tanrıkulu, Meral Akşener, Toğrul Türkeş, Tekin Bingöl, Gülsün Bilgəhan Toker, İlhan Kəsici, Ərdoğan Toprak, Dəniz Baykal, baş nazir Əhməd Davudoğlu, Əhməd Davudoğlu, Türkiyə