US dollars

İnşaat şirkətindən oğurladığı 450 min dolları yeyə bilmədi

23
(Yenilənib 15:05 26.08.2015)
DİN “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakinini həbs edib.

BAKI, 26 avq — Sputnik. Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub.

Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ə.Əhmədov tutulub.

Olayla əlaqəsi olan digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

23
Teqlər:
əməliyyat-axtarış tədbirləri, əməliyyat-axtarış tədbiri, "Renessans-İnşaat" MTK, 5-ci Polis Bölməsi, Binəqədi Rayon Polis İdarəsi, Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Baş Cinayət-Axtarış İdarəsi, Daxili İşlər Nazirliyi