Terror təşkilatının lideri Ərdoğanın qızına evlənmə təklif edib

581
(Yenilənib 15:24 26.08.2015)
CHP-li millətvəkili Mahmut Tanal, özünü Lazika İslam Əmirliyi adlandıran terror təşkilatının liderinin rəsmi veb səhifəsində Türkiyə prezidentinin qızına evlənmək təklifi etdiyini açıqlayıb.

BAKI, 26 avq-Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Mahmut Tanal, Lazika İslam Əmirliyi (LİƏ) liderinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğana evlənmə təklif etdiyini bildirib.

Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, Tanal, “Türkiyənin xarici siyasətinin radikal islam təşkilatlarına dəstək verərək qonşu ölkələrin hökumətlərinin zəiflədilməsini təmin etməyə çalışdığını bildirib. O, deyib ki, bu siyasət nəticəsində bu dəfə Türkiyənin şimal-şərqində fəaliyyət göstərən, özünü Lazika İslam Əmirliyi adlandıran qrup peyda olub. Yeni radikal islamçı təşkilatın lideri isə özlərinə aid Almaniyadan yayımlanan http://zentralrat-der-lasen.de/TR/ rəsmi veb səhifəsində Süməyya Ərdoğana evlənmə təklifi edib. 

Təşkilatın saytındakı təklif belədir:

Təşkilatın saytındakı təklif
zentralrat-der-lasen.de
Təşkilatın saytındakı təklif

Tanal, təşkilatın lazım gələrsə İŞİD-lə əlaqə qurmaqdan çəkinməyəcəyini və açıq-aydın lazların ana yurdu olan Lazikada (Gürcüstanın Acarıstan Muxtar Respublikası) silahlı mübarizə aparacağını bildirdiklərini söyləyib. Onun sözlərinə görə, LİƏ Türkiyənin demokratiyadan əl çəkib İslam dövləti quracağı təqdirdə onunla müttəfiq olacağını və xüsusilə lazları bu mübarizəyə çağırdıqlarını bildirib.

Tanal LİƏ-nin Ərdoğana yaxın qurum olduğunu bu sözlərlə ifadə edib: “Bu yeni radikal islamçı terror təşkilatının liderinin Almaniyadan yayımlanan http://zentralrat-der-lasen.de/TR/ rəsmi veb səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğana evlilik təklif etməsi LİƏ-nin özünü AKP-yə nə qədər yaxın hiss etdiyini açıqca göstərir. Bu qruplaşmanın Osmanlı İmperatorluğunu tərifləməsi və ona heyran olduğunu gizlətməməsi, veb səhifələrində Osmanlı İmperatorluğunun simvollarından istifadə etməsi Türkiyədə Osmanlı həsrəti çəkən şəxslərin simpatiyasını qazanmaq istədiklərini açıq şəkildə ortaya qoyur. Belə bir təşkilatın fəaliyyətinə icazə verilməsi, onun Türkiyənin şimal-şərqində təşkilatlanması nəticəsində, Şərqi Qaradəniz bölgəsində yaşayan lazlar onların çirkin əməllərinə alət ediləcək, gənclərimiz aldadılaraq indi də Türkiyənin şimal-şərqində yeni bir İŞİD travması alacaq. Cənub-şərqdə yaşanan terror olaylarına bir də Şimal-şərq sərhədlərimizin əlavə edilməsi ölkəmizi çox böyük bir xaosa gətirib çıxaracaq. Bu təşkilata ciddi yanaşılmalı, fəaliyyətləri təcili surətdə nəzarətə götürülməli və qarşısı alınmalıdır.”

Tanal məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu göndərib.

Sorğuda deyilir: 

1. www.zentralrat-der-lasen.de web səhifəsinin sahibi olan LİƏ-nin Türkiyədəki fəaliyyət sahəsi nədir?

2. Təşkilatın laz vətəndaşlarıza müraciət edərək Türkiyənin Şimal-şərqində yeni bir İslam dövləti qurmaq hədəfləri olduğunu açıqlaması məsələsində Nazirliyiniz hansı qabaqlayıcı tədbirləri görüb? 

3. Bu qurumun lazım gələrsə İŞİD-la birləşə biləcəyini bəyan etməsi, Türkiyə Cümhuriyyətini hədələməsi qarşılığında Nazirliyiniz hər hansı bir qabaqlayıcı tədbirlər görürmü?

4. Bu təşkilatı kimlər və hansı illərdə qurub? Təşkilatın milli və beynəlxalq əlaqələri kimlərlədir? Bu təşkilatın mərkəzi haradadır?Maliyyəni hardan əldə edir?

5. Sözügedən təşkilatın Şərqi Qaradəniz bölgəsində və ya hər hansı başqa bir bölgədə şəbəkəsi və fəaliyyəti varmı?

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın İŞİD, PKK və digər terror təşkilatları ilə əlaqələri əvvəllər də iddia olunub. Lakin Türkiyənin Daxili İşlər Nazirliyi, Türkiyənin Nazirlər Kabineti və Prezident Aparatı katiblikləri bu iddiaları təkzib edib. 

Mahmut Tanal isə Türkiyədə seksual azlıqların (LGBT) hüquqlarının fəal müdafiəçilərindən biri sayılır.

581