Jandarma polis

Tapança, tüfəng 270 güllə ilə Paris qatarına necə minmək olar?

11
(Yenilənib 14:35 26.08.2015)
Paris prokuroru Fransua Molin jurnalistlərə açıqlamasında Mərakeş vətəndaşı Əyyub əl Kazzaninin 270 güllə olan 9 maqazin, bir avtomatik tüfəng, bir tapança və yarım litr benzinlə qatara mindiyini söyləyib.

BAKI, 26 avq – Sputnik. Keçən həftə Amsterdam-Paris qatarında baş verən hücumu təşkil edən Əyyub Əl-Kazzani məhkəməyə sövq edilib.

Artıq istintaqın ilkin mərhələsi açıqlanıb. Paris Prokuroru Fransua Molin şübhəlilərin iddialarının əksinə olaraq hadisənin öncədən planlaşdırıldığını deyib.

Fransua Molin jurnalistlərə açıqlamasında Mərakeş vətəndaşı Əyyub əl Kazzaninin 270 güllə olan 9 maqazin, bir avtomatik tüfəng, bir tapança və yarım litr benzinlə qatara mindiyini söyləyib.

25 yaşlı şübhəlinin qatara minməmişdən əvvəl cib telefonunda terror hücumları ilə bağlı görüntülər izlədiyi də məlum olub.

Prokuror Molin təcavüzkarın Türkiyə üzərindən Suriyaya gedəcəyi fikirlərini rədd edib.

Fransa polisi hazırda terrorçunun silahları haradan və hansı pulla aldığını araşdırır.

11