Macarıstan qaçqınlara qarşı sərhəddə dəmir məftil bağlayır

30
(Yenilənib 11:03 26.08.2015)
Yunanıstan və Makedoniyanı üzərindən Serbiyaya qaçan minlərlə mühacir Avropa İttifaqının üzvü Macarıstana keçməyə çalışır.

BAKI, 26 avq – Sputnik. Tarixin ən böyük mühacir axınına məruz qalan Macarıstan qeyri-qanuni köçün qarşısını almaq üçün Serbiya ilə sərhəddə dəmir məftillər hörməyə başlayıb.

Yunanıstan və Makedoniya üzərindən Serbiyaya qaçan minlərlə mühacir Avropa İttifaqının üzvü Macarıstana keçməyə çalışır.

Sayları rekord həddə çatan immiqrantlar Budapeşt rəhbərliyini ciddi narahat etməyə başlayıb.

Macar hökuməti Serbiya ilə 175 kilometrlik sərhəddə çəkməyə başladığı məftilin istehsalını sürətləndirib.

Rəsmilər məftilçəkmə işinin 31 avqusta qədər bitəcəyini deyib.

Bu ayın əvvəlindən Macarıstana sığınacaq üçün 110 min qaçqın müraciət edib. Amma təkcə bazar ertəsi günü ölkəyə 2100 immiqrant girib.

Köç axınını diqqətlə izləyən Avropa Birliyi rəsmiləri Macarıstana yardım etməyə hazır olduqlarını bildirib.

30
Teqlər:
Macarıstan-Serbiya sərhədi, dəmir məftillər, dəmir məftil, miqrant axını, mühacir axını, qeyri-qanuni köç, Avropa İttifaqı, Avropa Birliyi, Yunanıstan, Serbiya, Macarıstan