Məsud Bərzani

Kürdüstanda Məsud Bərzanini əvəz edəcək lider tapılmır

25
(Yenilənib 16:56 24.08.2015)
Məsud Bərzaninin vəzifə müddəti ötən cümə sona çatsa da, onu əvəz edəcək lider hələ də təyin olmayıb.

BAKI, 24 avq – Sputnik. İraqın Şimalındakı Kürd Regional Rəhbərliyinin lideri dəyişə bilər.

Muxtar bölgənin parlamenti hazırda lider Məsud Bərzaninin vəzifə müddətini müzakirə edir.

Qeyd edək ki, M. Bərzaninin vəzifə müddəti ötən cümə sona çatıb. Lakin onu əvəz edəcək lider hələ də təyin olmayıb.

Goran Partiyası, 2 aylığına Bərzaninin yerinə məclis sədrinin vəkalət verməsini  və seçkilərin keçirilməsini təklif edib.

Bərzaninin partiyası İKDP isə, liderlərinin vəzifə müddətinin uzadılmasına dair tələb irəli sürməyib.

Amerikalı və İngiltərəli diplomatların cəhdlərinə baxmayaraq, partiyalar hazırki liderin vəzifə müddətinin uzadılmasını rədd edib.

25
Teqlər:
Kürdüstan lideri Məsud Bərzani, Məsud Bərzani
Müəllimlərin diaqnostik qiymətləndirilməsi, arxiv şəkli

Müəllimlərin sertifikasiyadan keçirilməsinin vaxtı deyildi

0
(Yenilənib 17:57 05.06.2020)
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

BAKI, 5 iyun — Sputnik. Təhsil Nazirliyi Təhsilverənlərin sertifikatlaşdırılmasının aparılacağı vaxtı açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayaraq növbəti ildə də davam edəcəyini bildirib.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

0
Məhkəmə, arxiv şəkli

Siyavuş Novruzov: "Hakimlərin çıxardığı qərarların monitorinqi aparılmalıdır"

7
"Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir".

BAKI, 5 iyun — Sputnik. "Hakimlərin çıxardığı qərarların monitorinqinin həyata keçirilməsi olduqca vacibdir. Əgər bir hakim prosedur qaydanı düzgün yerinə yetirmirsə, yaxud qəbul etdiyi qərar vətəndaşı narazı salırsa, onun məsuliyyətə cəlb edilməsi vacibdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, müəyyən məsələlərdə dünya və Avropa təcrübəsinə baxılmalıdır: "Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir. Yəni prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir".

7