Livanda zibillik üsyanı davam edir

Livanda zibillik üsyanı davam edir

27
(Yenilənib 11:49 24.08.2015)
Livanın paytaxtı Beyrutda məişət tullantılarının töküldüyü yer dolduğu üçün ötǝn aydan bǝri şəhərdə zibillǝr toplanmır.

BAKI, 24 avq – Sputnik. Livanın paytaxtı Beyrutda zibillərin toplanmamasına etiraz edən minlərlə aksiyaçı vǝ polis arasında qarşıdurma yaranıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, polisin nümayişçilərə təzyiqli su və göz yaşardıcı qazla müdaxiləsinǝ görǝ baş verǝn qarşıdurma nǝticǝsindǝ 30-u polis ǝmǝkdaşı olmaqla 73 nǝfǝr xǝsarǝt alıb. 

Hadisələrin daha da böyüməsindən qorxan Baş nazir Tammam Sǝlam, aksiyanın təşkilatçıları ilə görüşməyə hazır olduğunu deyib. 

Nümayişlər zamanı hǝddǝn artıq gücdǝn istifadǝ edǝn təhlükəsizlik qüvvǝlǝrinin cǝzalandırılacağını deyən Sǝlam, bu həftə keçirilǝcǝk nazirlər kabineti yığıncağında mǝsǝlǝnin müzakirǝ edilǝcǝyini, lazım gǝlərsǝ vǝzifǝsindǝn istefa edǝcǝyini söyləyib. 

Livanın paytaxtı Beyrutda məişət tullantılarının töküldüyü yer dolduğu üçün ötǝn aydan bǝri şəhərdə zibillǝr toplanmır. 

 

27
Teqlər:
Livanın baş naziri, Livanda zibillik üsyanı, Tammam Sǝlam, Beyrut şəhəri, Livan
Azərpoçtun binası, arxiv şəkli

"Azərpoçt"a yeni baş direktor təyin olundu

4
Nazir Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

BAKI, 2 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb. Qeyd edək ki, o, bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rəşad Nəbiyevin əmri ilə, bir müddət öncə "Azərpoçt" MMC-nin Baş direktoru Emin Ramiq oğlu Əfəndiyev tutduğu vəzifədən azad olunub.

4
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

"Qocalar Evi"nin peyvəndlənən sakinlərinin sayı açıqlandı

4
(Yenilənib 17:12 02.03.2021)
"Hələlik 60 nəfər vaksinasiya olunmayıb. Yaşlılar arasında bəziləri vaksinasiyadan imtina ediblər" - Murad Həşimov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin habelə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır. Bu barədə agentliyin mətbuat katibi Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, hazırda ahıllar evində yaşayan sakinlərin sayı 195-dir ki, hələlik onlardan 37 nəfəri peyvənd olunub. Yataq xəstəsi olan 98 nəfərə isə müəssisənin özündə peyvənd vurulacaq".

"Hələlik ki, 60 nəfər vaksinasiya olunmayıb. Yaşlılar arasında bəziləri vaksinasiyadan imtina ediblər".

Qeyd edək ki, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.

4