Əsgər

Azərbaycan düşmənin 5 hərbi qulluqçusunu məhv edib

1491
(Yenilənib 11:15 24.08.2015)
Ermənilərin atəşi nəticəsində Azərbaycan tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb.

BAKI, 24 avq — Sputnik. Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.

Erməni tərəfinin növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfin meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Düşmənin atəşi nəticəsində Azərbaycan tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtissaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə, yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.

Şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq.

1491
Teqlər:
əsgər, Azərbaycan Silahlı Qüvvələri, Ermənistan Silahlı Qüvvələri, Müdafiə Nazirliyi, Azərbaycan Müdafiə Nazirliyi, Xocavənd, Ağdam, Azərbaycan

Türkiyədən AVRO-2020 ilə bağlı Azərbaycana müraciət: Əla qardaşlıq ruhu göstərdiz

4
(Yenilənib 21:12 21.06.2021)
Türkiyə Futbol Federasiyasında qeyd ediblər ki, AVRO-2020 təşkilatçılarının qonaqpərvərliyi bir daha Azərbaycan və Türkiyənin "bir millət, iki dövlət" olduğunu sübut edib.

BAKI, 21 iyun — Sputnik. Türkiyənin Futbol Federasiyası bu ölkənin milli komandasının AVRO-2020 çərçivəsində Bakıda keçirilən oyunlar zamanı ona göstərilən qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını ifadə edib. Bu barədə Sputnik Azərbaycan Federasiyanın saytına istinadən xəbər verir.

"Dost və qardaş ölkə olan Azərbaycan AVRO-2020 prosesində və Bakıda oynadığımız iki oyunda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq əla qardaşlıq ruhu göstərdi. Milli komandamıza, Federasiyamıza və bütün Türk xalqına böyük dəstək göstərən və bizi ən yaxşı şəkildə qəbul edən Azərbaycan, "bir millət, iki dövlət" olduğumuzu dərindən hiss etdirdi", - deyə Federasiyanın bəyanatında deyilir.

Daha sonra bəyanatda Türkiyə-Uels oyununu (0:2) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyevin də ziyarət etdiyi deyilir və Azərbaycan Futbol Federasiyasının prezidenti Rovnaq Abdullayevə təşəkkür ifadə olunur.

Türkiyə millisi koronavirus pandemiyası üzündən bir il təxirə salınmış Avropa çempionatında uğusuz çıxış edib. "A" qrupunda Şenol Günəşin yetirmələri Romada İtaliya millisinə (0:3), Bakıda isə Uels (0:2) və İsveçrə (1:3) milli komandalarına məğlub olub.

Onu da qeyd edək ki, Türkiyə komandasının üzvləri artıq Avropa çempionatında çıxışlarını bitirərək Azərbaycan paytaxtını tərk ediblər.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

4
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyevanın o füsunkar geyiminin müəllifi kimdir?

76
(Yenilənib 20:59 21.06.2021)
Amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilən bu brenddə üsyankar ruh, avanqard və azadlıq notları var.

BAKI, 21 iyun — Sputnik. Azərbaycanın vitse-prezidenti, Azərbaycan Respublikasının prezidentinin xanımı Mehriban Əliyeva öz zövqlü geyimləri ilə hər kəsi valeh edir. O, bir çox moda jurnalları və portallarda dünyanın ən zövqlə geyinən First lady-ləri arasında ön sıralarda yer alır.

Onun bu il mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən geyindiyi boz rəngdə plaş isə moda dünyasında geniş müzakirələrə səbəb olub. Hər kəs Azərbaycanın birinci xanımına bu geyimin çox yaraşdığını, zərif görünüşünü tamamladığını qeyd edir.

Sputnik Gürcüstan həmin plaşın hansı brenddən olduğunu araşdırıb. Məlum olub ki, Mehriban Əliyevanın geyindiyi həmin boz plaşın müəllifi Gürcüstanın "Situationist" brendidir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
"Gürcüstanın sosial şəbəkəsinin istifadəçilərinin diqqətini xanım Əliyevanın Gürcüstan brendindən boz rəngli bir plaş geyməsi çəkib. Geyim öz lakonikliyi və "Situationist" xas asimmetrikiyi ilə seçilir. İlham Əliyev və Mehriban Əliyevanın fotolarını gürcü brendinin özü də sosial şəbəkədə paylaşıb", - deyə məlumatda bildirilir.

"Situationist" brendi dizaynerlər İrakli Rusadze və David Qiorqadze tərəfindən 2015-ci ildə yaradılıb. Onların işi məşhur amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilib.

"Situationist" brendində üsyankar ruh, avanqard və azadlıq notları var. Hazırda İrakli Rusadze "Situationist" üçün yeni modellərin hazırlanması üzərində işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva bu ilin mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən bu geyimi geyinib.

 

76