Qurani-Kərim

Almaniyada "Quran"ı cırdılar, miqrantlar ayağa qalxdı

52
(Yenilənib 20:26 20.08.2015)
Əlliyədək qaçqın Almaniyanın federal torpağı Turinqdə polisə hücum edib.

BAKI, 20 avq-Sputnik. Təqribən 50 qaçqın Almaniyanın federal torpağı Turinqdə polisə hücum edib. Toqquşma zamanı 13 nəfər xəsarət alıb.

Sputnik RIA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı “Focus” qəzeti yayıb.

Erfurt şəhərinin polis əməkdaşı bildirib ki, iğtişaş çərşənbə günü Zul şəhərində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş sığınacaqda başlayıb. Miqrantlardan birinin Quranın səhifələrini cırmağa başlaması ən azı 20 qaçqını özündən çıxardıb. Sonra bu qrupa daha 30 nəfər qoşulub.

Miqrantların dini hisslərinə toxunan kişi mühafizə postunda gizlənməyə çalışsa da, qəzəblənən kütlə onun ardınca düşüb. Tezliklə hadisə yerinə yerli polis əməkdaşları gəlib və kütlənin diqqətini özünə cəlb edib. Qaçqınlar polisə daş atmağa başlayıb.

Qəzet bildirir ki, hadisə nəticəsində ən az 3 polis əməkdaşı xəsarət alıb, polis avtomobillərinə ciddi ziyan dəyib.

Toqquşma 4 saata yaxın davam edib. Münaqişənin aradan qaldırılması üçün yaxınlıqdakı şəhərlərdən polislər cəlb olunub.

Almaniya ən çox qaçqın və məcburi köçkün qəbul edən ölkələrdən biridir. Təkcə bu ilin birinci rübündə 185 min adam Avropa İttifaqından sığınacaq istəyib ki, onun da 35 faizi Almaniyanın payına düşür. 

52
Mövzu:
Avropada mühacir böhranı (13)
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

0
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

0
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta
Tələbələr imtahan verirlər, arxiv şəkli

Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin sayı açıqlandı

3
(Yenilənib 14:31 01.12.2020)
Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

BAKI, 1 dekabr — Sputnik. 13862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

3
Teqlər:
xərclər, müraciət, portal, tələbə, Təhsil Nazirliyi