Çempionlar Liqası

Çempionlar Liqasında pley-off mərhələsinə start verilib

30
(Yenilənib 10:56 19.08.2015)
Qazaxıstanın "Astana" klubu Çempionlar Liqasında çıxışına qələbə ilə başlayıb.

BAKI, 19 avq — Sputnik. Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.

İlk oyun gününün nəticələri aşağıdakı kimi olub:

“Astana” (Qazaxıstan) — APOEL (Kipr) — 1:0

“Mançester Yunayted” (İngiltərə) — “Brügge” (Belçika) — 3:1

“Latsio” (İtaliya) — “Bayer” (Almaniya) — 1:0

“Sportinq” (Portuqaliya) — MOİK (Rusiya) — 2:1

BATE (Belarus) — “Partizan” (Serbiya) — 1:0

30
Teqlər:
Çempionlar Liqasının pley-off mərhələsi, pley-off mərhələsi, Çempionlar Liqası
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

8
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

8
Erməni PUA--sı, arxiv şəkli

Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?

67
(Yenilənib 16:21 25.10.2020)
Dünən Cəbrayıl rayonu istiqamətində düşürülən erməni ordusuna məxsus PUA-ını İŞİD və PKK/YPG tipli terror təşkilatları istifadə edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi, bu gün səhər saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatının (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirildiyi barədə məlumat paylaşıb.

Nazirlikdən təqdim edilən fotolarda PUA-da əldəqayırma partlayıcı olduğu görünür.

Sputnik Azərbaycan-ın türk mediasına istinadla verdiyi xəbərə görə, türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar Twitter hesabında zərərsizləşdirilən dronun fotolarını paylaşaraq çox maraqlı bir dəyərləndirmə edib. Onun fikrincə, bu PUA-nın düzəldilməsində bir sıra terror təşkilatlarının, ilk növbədə PKK-nın əli var.

Ağar "Azərbaycan əsgərlərinin bu gün Cəbrayıl cəbhəsində düşürdükləri BOMBALI PUA. İçində əldəqayırma bomba var. Bunları ilk dəfə İŞİD-də görmüşdük. Sonra YPG/PKK-da. İndi də Ermənistan ordusunda. Şübhəliyəm ki, bu bombadan YPG/PKK iyi gəlir. Onların mallarına çox oxşayır çünki!" açıqlamasını verib.

67
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə