Con Kirbi

Ev: ABŞ Türkiyəni dəstəkləməyə davam edəcək

17
(Yenilənib 10:29 18.08.2015)
Con Kirbi: Türkiyə ABŞ-a İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirməsi üçün özünün hərbi bazalarından istifadəyə icazə verib.

BAKI, 18 avq — Sputnik. ABŞ əvvəlki kimi Türkiyə ilə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır və rəsmi Ankaraya təhlükəsizlik sahəsində dəstək verməkdə davam edəcək.

Sputnik Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, bunu ABŞ dövlət departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Türkiyə bizim NATO üzrə müttəfiqimiz və etibarlı tərəfdaşımızdır, o cümlədən İŞİD-lə mübarizədə. Türkiyə ABŞ-a İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirməsi üçün özünün hərbi bazalarından istifadəyə icazə verib. Ümumilikdə, regionda çox sayda raket əleyhinə müdafiə sistemləri və hərbi gəmilər qalmaqdadır” — deyə Kirbi bildirib.

Kirbi avqustun 16-da ABŞ-ın oktyabrdan etibarən "Petriot" hava və raket müdafiə sistemlərini Türkiyə ərazisindən çıxaracağı, bunun Türkiyə hökumətinin narazılığına səbəb olduğu barədə məlumatlara da aydınlıq gətirib: “Mən danışıqlarda iştirak etməmişəm. Bildiyimə görə, söhbət açıq və səmimi şəraitdə baş tutub və nəticədə Türkiyə tərəfi bu addımın nə məqsədlə atılmasının mahiyyətini dərk edib”.

2012-ci ilin sonunda rəsmi Ankara NATO-dan öz ərazisində "Petriot" hava və raket müdafiə sistemlərininin yerləşdirilməsini istəmişdi. Buna cavab olaraq 2013-cü ildə Türkiyənin cənub-şərq bölgəsində, Suriya ilə 70-100 km aralıda ABŞ, Almaniya və Niderlanda məxsus "Petriot" sistemlərini yerləşdirilmişdi.

"Petriot" hava və raket müdafiə sistemləri həm ballistik raket, həm də təyyarələri vurmağa qadirdir.

17
Teqlər:
ABŞ İŞİD-ə qarşı, ABŞ İŞİD, Türkiyə NATO, ABŞ dövlət departamentinin sözçüsü, Con Kirbi, Ankara, Türkiyə, ABŞ
 Pandemiya zamanı imtahan, arxiv şəkli

İmtahana hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır

0
(Yenilənib 15:02 13.08.2020)
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur.

BAKI, 13 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. Məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda keçirilir.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Bu gün keçirilən imtahanlarda 19197 nəfər abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, növbəti imtahan sabah - avqustun 14-də keçiriləcək. Bu imtahanlarda isə 18102 nəfər iştirak edəcək. Ümumilikdə iki gün ərzində keçiriləcək imtahanlarda 37299 abituriyentin iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

0
Buludlu hava, arxiv şəkli

Rayonlarda yağış, paytaxtda isə külək olacaq

1
(Yenilənib 14:51 13.08.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 13 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

14 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-15, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1