Ramiz Mehdiyev

Akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb

66
(Yenilənib 16:41 17.08.2015)
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.

BAKI, 17 avq — Sputnik. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.

Sputnik-in "AZƏRTAC"a istinadən verdiyi xəbərə görə, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Bu baxımdan görkəmli alimin yeni kitabı da olduqca təqdirəlayiqdir.

R. Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərir. Filosof alim müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoyan, sabitliyi, güclü iqtisadiyyatı və demokratiyanı beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusi vurğulayır, qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini uğurla davam və inkişaf etdirir. Aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan hakimiyyəti hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqlarından çıxış edir.

Akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndirilməlidir. Prezident Administrasiyasının rəhbəri haqlı olaraq belə bir qənaətə gəlir ki, “…rəngli inqilablar” istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.

“Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Kitabda filosof alimin “İlham Əliyev yeni əsrin yeni lideridir”, “Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir” sərlövhəli müsahibələri və “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi yer alıb.

Kitab səmərəli dövlət idarəçiliyinin aktual məsələlərinə, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi və institusional islahatlara, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və vəzifələrinə, yeni təşəkkül tapmış dünya nizamına və Qərb tərəfindən Azərbaycana tətbiq olunan ikili standartlar siyasətinə həsr edilib.

Kitabda Sovet İttifaqı dağıldıqdan sonra dünyada yaranmış ictimai-siyasi vəziyyət geniş təhlil edilir, “Ərəb baharı”nın, “məxməri” və “rəngli” inqilabların həqiqi səbəblərindən söhbət açılır.

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabında dünyanın geosiyasi güclərinin vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif dövlətlərin “mədəni” işğalı məqsədilə həyata keçirdiyi çoxşaxəli siyasəti mükəmməl təhlil edilib, postsənaye cəmiyyəti quruculuğunun indiki mərhələsində Azərbaycan dövlətinin siyasətinin əsas prinsipləri nəzərdən keçirilib, prezident İlham Əliyevin innovasiyalı siyasətinin mahiyyəti açıqlanıb.

Kitab politoloq alimlər, ali məktəblərin müəllimləri və tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

66
Teqlər:
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, İkili standartların dünya nizamı və müasir Azərbaycan kitabı, İkili standartların dünya nizamı və müasir Azərbaycan, Şərq-Qərb nəşriyyat evi, Azərbaycan Respublikası Prezident Administrasiyası, akademik Ramiz Mehdiyev, Ramiz Mehdiyev, Azərbaycan
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

99
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

99
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

9
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

9