Tələbə

Abituriyentlərin 26,21 faizi 0-100 ballıq nəticə göstəriblər

25
(Yenilənib 15:35 13.08.2015)
200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47,14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22,08 faizdir.

BAKI, 13 avq-Sputnik. 200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47, 14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22, 08 faizdir. 7, 5 faiz isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar. 

Sputnik xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi brifinqdə deyib. 

Nağızadənin sözlərinə görə, bütünlüklə qəbul prosesi tam baş çatdıqdan, yəni ikinci mərhələ üzrə yerləşdirmənin nəticələri elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən qəbulun yekunlarına dair statistik təhlillər aparılacaq: “Daha geniş, müqayisəli təhlillər ictimaiyyətə təqdim olunacaq. Bizdə yalnız ilkin statistik məlumatlar var”.  

TQDK rəsmisi bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb: “Builki məzunların 26,21 faizi 0-100 bal arasında, 18,97 faizi 100-200 bal arasında, 18,28 faizi 200-300 arasında, 24,91 faizi 300-500 bal arasında, 11,63 faizi 500-dən yuxarı və 3,91 faizi 600-dən yuxarı bal toplayıb”.

25
Teqlər:
imtahanların nəticələri, imtahanların cavabları, abituriyent, tələbə, TQDK-nın mətbuat xidməti, TQDK, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Elnur Nağızadə, Azərbaycan
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

33
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

33
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

19
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

19