Rasim Əliyev - jurnalist, ann.az-ın döyülərək öldürülən əməkdaşı

Mərhum Rasim Əliyevi əməliyyat edən həkim özünü günahsız elan edib

704
(Yenilənib 14:06 13.08.2015)
Professor Saday Əliyev jurnalistin həkimlərin məsuliyyətsizliyindən öldüyünü iddia edənləri topa tutub.

BAKI, 13 avq – Sputnik. Bir neçə gün əvvəl döyülərək aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən cərrah, professor Saday Əliyev açıqlama yayıb.

Sputnik-ə daxil olan açıqlamada qeyd olunub ki, son günlər sosial şəbəkələrdə mərhum jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar çoxsaylı məlumatlar dərc olunur: “Bu məlumatların bir çoxu birmənalı olaraq obyektiv faktlara əsaslandırılmayan “kütlə emosiyası”, populist çıxışlar və böhtan xarakteri daşıyır. Məsələnin məğzindən xəbəri olmayan bəzi insanlar hadisəyə sərbəst, iradi, tərəddüdsüz və birmənalı subyektiv münasibət bildirirlər. Məlumat üçün bir daha xatırladıram ki, mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olmayıb və bu proseslərdə iştirak etməmişəm. Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam”.

Həkim jurnalistin əməliyyat zamanı hansı vəziyyətdə olduğunu da açıqlayıb: “Qeyd etməliyəm ki, əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıb. Nəticədə xəstənin daxili orqanları əksəriyyəti parçalanıb, cırılıb, funksiyasını itirmişdi. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm. Alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması). Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Allah ona rəhmət eləsin. Bu hadisənin ən çox narahatlıq törədən tərəflərindən biri də odur ki, sosial şəbəkələrdə birmənalı olaraq xəstənin cərrahların səhvi nəticəsində ölməsi fikri iddia edilir. Bu vəziyyətdən istifadə edən insanlar məsələyə dəxli olmayan  və tamamilə böhtan və şantaj xarakterli daşıyan məlumatlarla çıxış edirlər.

Mən bir daha mərhum Rasim Əliyevin ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan onlara səbr diləyirəm. Allah rəhmət eləsin".

704
Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

9
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

9
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
ABŞ Dövlət Departamenti

ABŞ da Qarabağa görə dilləndi

33
Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda eskalasiyadan narahat olduqlarını bildirərək tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmağa dəvət edib.  

Dövlət Departamentinin məlumatında o da bildirilir ki, münaqişədə üçüncü ölkələrin iştirakı regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

ABŞ Yerevan və Bakını Dağlıq Qarabağda vəziyyəti daha da pisləşdirə biləcək hərbi ritorika və əməliyyatlardan çəkinməyə çağırıb.

Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

33
Teqlər:
Dövlət Departamenti, ABŞ, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür