Bəşər Əsəd və Cavad Zərif

Cavad Zərif Bəşər Əsədlə görüşüb

13
(Yenilənib 14:09 13.08.2015)
Suriyada 2011-ci ilin martından, yəni vətəndaş müharibəsinin başlamasından bugünədək 300 mindən artıq insanın Əsəd ordusu tərəfindən qətlə yetirildiyi bildirilir.

BAKI, 13 avq – Sputnik. Livan səfərini tamamlayaraq Suriyaya keçən İranın xarici işlər naziri Cavad Zərif, Bəşər Əsədlə görüşüb.

Görüşdə artıq beşinci ilinə qədəm qoyan vətəndaş müharibəsi müzakirə olunub. Bəşər Əsəd, dəstəklərinə görə İran dövlətinə təşəkkür edib.

Öz növbəsində Cavad Zərif, rəsmi Tehranın bundan sonra da Bəşər Əsədi dəstəkləməyə davam edəcəyini söyləyib.

Suriyada 2011-ci ilin martından, yəni vətəndaş müharibəsinin başlamasından bugünədək 300 mindən artıq insanın Əsəd ordusu tərəfindən qətlə yetirildiyi bildirilir.

 

13
Teqlər:
Cavad Zərif və Bəşər Əsəd, Bəşər Əsəd, Cavad Zərif